Modern.az

İran ilk kosmik daşıyıcı raketi sınaqdan keçirdi

İran ilk kosmik daşıyıcı raketi sınaqdan keçirdi

27 İyul 2017, 20:02

İranın ilk kosmik qərargahının açılışı keçirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, bu qərargah İranın orbitə gəmi göndərən ilk sabit platformasıdır.

Bu gün platformada "Simurq" daşıyıcı raketi müvəffəqiyyətlə sınaqdan keçirilib. İmam Xomeyni adını daşıyan kosmik qərargahda peyklərin hazırlanması, orbitə buraxılması, nəzarət və peykin idarə edilməsi prosesləri həyata keçirilir. Milli kosmik qərargah texnoloji baxımdan dünya standartlarına uyğun hazırlanıb.

Qeyd edək ki, bu gün sınaq üçün orbitə buraxılan “Simurq” raketi 250 kq çəkiyə malik peykləri

orbitə çıxarıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu