Modern.az

Abxaziyada təyyarə qəzası: 3 ölü

Abxaziyada təyyarə qəzası: 3 ölü

27 İyul 2017, 21:41

Abxaziyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. Modern.az xarici mediya istinadən xəbər verir, insident Pitsunda rayonunda qeydə alınıb. Təyyarənin qəzaya uğraması nəticəsində üç Rusiya vətəndaşı ölüb. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Məlumata görə, qəzaya uğramış təyyarə Rusiyanın özəl aviaklublarından birinə məxsus olub.   

Hadisə yerinə xilasedicilər cəlb edilib.  Hadisənin səbəbləri araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər