Modern.az

“Qəbələ” “Panatinaikos”a məğlub oldu - Yenilənib

“Qəbələ” “Panatinaikos”a məğlub oldu - Yenilənib

28 İyul 2017, 00:21

“Qəbələ” “Panatinaikos” oyununun ikinci hissəsi də qarşılıqlı hücumlar şəraitində keçib. Modern.az xəbər verir ki, "Qəbələ"nin bir neçə dəfə hesabı bərabərləşdirmək üçün şansı olsa da, komanda bu şanslardan yararlana bilməyib. Oyun elə 0:1 hesabı ilə də yekunlaşıb. Bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

 

23:14

 

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyununda turnirdə yeganə təmsilçimiz olan “Qəbələ” növbəti matçına çıxıb. Modern.az xəbər verir ki, "Qəbələ" səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşır. Oyunun 37-ci dəqiqəsində İlqar Qurbanovun əllə oyunundan sonra "Qəbələ"nin qapısına penalti təyin edilib. Rəqib zərbəni dəqiq yerinə yetirərək hesabı açıb. Hazırda “Qəbələ” “Panatinaikos”a 0:1 hesabı ilə uduzur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?