Modern.az

Müsəlman Qardaşlar Assosiasiyasının 58 tərəfdarına ömürlük həbs

Müsəlman Qardaşlar Assosiasiyasının 58 tərəfdarına ömürlük həbs

27 İyul 2017, 23:29

Misirin Əsyut şəhərinin hərbi məhkəməsi bu ölkədə qadağan edilmiş Müsəlman Qardaşlar Assosiasiyasının 58 tərəfdarını ömürlük, daha 12 nəfəri 7 ildən 15 ilə qədər müxtəlif müddətə həbs cəzalarına məhkum edib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, onlar 2013-cü ildə Əl-Minya əyalətinin şimalında Maqaqa şəhərində polis məntəqəsinə hücum etməkdə, zorakılığa və iğtişaşlara təhrik etməkdə, nümayişə çağırmaqda, ictimai, hökumət və polis idarələrinə hücum etməkdə ittiham olunublar.

2013-cü ilin yayında Misirin sabit prezidenti Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılandan və onun Qahirənin mərkəzində Rabia Al-Adaviya və Al-Nahta meydanlarına toplaşaraq devrilmiş prezidentin geri qaytarılması tələbləri ilə çıxış edən tərəfdarları polis tərəfindən qovulandan sonra Müsəlman Qardaşların bir qrup tərəfdarı Maqaqa şəhərinin polis məntəqəsinə hücum edib və bir sıra digər cinayətlər törədib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir