Modern.az

Türk İSLAMI və Ərəb MÜSƏLMANLIĞI  

Türk İSLAMI və Ərəb MÜSƏLMANLIĞI   

Aktual

27 İyul 2017, 23:57

Milli Məclisin deputatı Tahir Mirkişili Türk İslamı və Ərəb müsəlmanlığı arasında fərqi tam aydınlığı ilə göstərən fikirləri açıqlayıb. Modern.az həmin fikirləri oxuculara təqdim edir:

Maraqlı bir kitab oxudum. Müəllif Türk İslamı və Ərəb Müsəlmanlığı ilə bağlı fərqli bir yanaşma ortaya qoyub.

Tarix sübut edir ki, hələ İslamdan öncə də ulu babalarımız TƏK TANRI-ya inanıblar. Onlar islamı qəbul etdikləri zaman İslamda da türk inanclarını saxlamağa çalışmış və tarixdə böyük uğurlar qazanmaqlarının da əsas səbəblərindən biri məhz uzun zaman İslamda Türk İnancının mövcud olması olmuşdur. Osmanlı İmperiyasının çöküşünün də əsas səbəblərindən biri Sultan Suleymanın zamanına “GÜNAH FƏLSƏFƏSİ”nin qadağan olunması, bununla da Ərəb Müsəlmanlığının hökm etməsinin başlaması göstərilir.

Türk İslamı ilə Ərəb Müsəlmanlığının fərqi nədir?

1. Türk islamında Varlıq Birliyi inancı var. Yaradan, Yaradılış, Yaradılan – BİR dir. Tanrı yaratdıqlarını özündən yaratmışdır (Nəsimi şerlərində də buna eyham var).

Ərəb Müsəlmanlığında – Allah varlığı yoxdan yaratmışdır

2. Türk İslamında məqsəd Tanrıya qovuşmaqdır. Buna EŞQ deyilir. Cənnət ümidi və cəhənnəm qorxusu yoxdur.

Ərəb Müsəlmanlığında məqsəd öldükdən sonra qəbirdə sorğu-sualı uğurla keçmək və qiyamət günü cəhənnəmdən qurtularaq cənnətə getməkdir.

3. Türk İslamında Tanrıya qovuşmanın yolu xoş və dürüst olmaq, insanlara və bütün yaradılanlara yaxşılıq etmək, pislik etməkdən çəkinməkdən keçir.

Ərəb Müsəlmanlığında cənnət üçün hər şeydən əvvəl çox namaz qılmaq, oruc tutmaq, Həccə getmək lazımdır. Həccə gedənlərin günahları silinir.

4. Türk İslamında səcdə etmək Tanrıya ürəkdən yönəlmək ilə olur. Səcdə etmək zamanı musiqidən, oyunlardan, rəqslərdən istifadə edilir. İbadət zaman mənanı bilmək çox önəmlidir.

Ərəb Müsəlmanlığında ibadət Quranı anlamadan oxumaqla da edilir. Oxumaq mütləq ərəbcə olmalıdır...

Araşdırmaçıya görə Ərəb Müsəlmanlığının yayılması türk toplumunu elmdən uzaqlaşdırdı və qurduqları böyük dövlətlər dağıldı...

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir