Modern.az

Dünyanın ən varlı adamı: Bill Qeytsi Ceff Bezos əvəzlədi

Dünyanın ən varlı adamı: Bill Qeytsi Ceff Bezos əvəzlədi

28 İyul 2017, 00:37

Nüfuzlu "Forbes" jurnalı dünyanın ən varlı adamının adını açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, uzun illərdir dünyanın ən varlı adamı sayılan Bill Qeyts bu dəfə yerini qoruya bilməyib. Hazırda bu ada "Amazon" şirkətinin sahibi Ceff Bezos sahib olub.

Ceff Bezos bu ada Amazon şirkətinin aksiya dəyərinin artması nəticəsində sahib olub. Şirkətin aksiya dəyəri 1.6 faiz artdıqdan sonra, onun gəlirləri 1,4 milyard dollara çatıb.

 

Bununla da, Bezosun varidatı Bill Qaytsdən 50 milyon dollar daha artıq olub.

 

Modern.az



Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!