Modern.az

Nazirlikdən XƏBƏRDARLIQ: Bu gün açıq havada gəzməyin!

Nazirlikdən XƏBƏRDARLIQ: Bu gün açıq havada gəzməyin!

28 İyul 2017, 09:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, bu gün şiddətli istilər olacaq. Bakıda və Abşeron yarımadasında iyulun  28-29-da  havanın maksimal temperaturunun 34-39 dərəcə isti olacağı gözlənilir.

            
Azərbaycanın rayonlarında iyulun 28-dən  ayın sonunadək  hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu  35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-u gündüzdən  iyulun 31-dək  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir