Modern.az

DİM abituriyentlərə şikayət üşün ünvan göstərdi

DİM abituriyentlərə şikayət üşün ünvan göstərdi

28 İyul 2017, 10:12

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən  iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən  imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Modern.az xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 28 iyul 2017-ci il tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı