Modern.az

Yevlaxda reyd keçirildi - Meşədə çətənə kolları aşkarlandı  

Yevlaxda reyd keçirildi - Meşədə çətənə kolları aşkarlandı   

28 İyul 2017, 12:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib. 


Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?