Modern.az

Fərhad Bədəlbəyliyə ağır itki üz verdi  

Fərhad Bədəlbəyliyə ağır itki üz verdi   

28 İyul 2017, 15:22

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə ağır itki üz verib.

Modern.az saytının məlumatına görə, F.Bədəlbəylinin həyat yoldaşı Nailə xanım
bir neçə saat öncə vəfat edib.

Rektorun dostları saytımıza bildiriblər ki, Nailə xanım öz bağında vəfat edib, həmin vaxt istirahət edirmiş, Fərhad Bədəlbəyli işlə əlaqədar Qəbələdə olub. Onun artıq Bakıda olduğu deyilir.

Mərhum bu gün dəfn olunacaq.

Üç mərasimi isə bazar günü Təzəpir məscidində veriləcək. Qeyd edək ki, mərhum Nailə xanım 1970-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Əli İbrahimovun qızıdır.

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər