Modern.az

Azərbaycanın qızıl ehtiyatının həcmi açıqlandı  

Azərbaycanın qızıl ehtiyatının həcmi açıqlandı   

28 İyul 2017, 19:22

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilmişdi.
Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb.
Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir