Modern.az

Azərbaycanın üç müəssisəsi MDB-nin ən nüfuzlu mükafatını alıb

Azərbaycanın üç müəssisəsi MDB-nin ən nüfuzlu mükafatını alıb

16 Noyabr 2009, 11:18

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın MDB ölkələri arasında keçirilən müsabiqəsinin nəticələri artıq məlumdur. Məhsul və xidmətlərin keyfiyyəti üzrə nailiyyətlərə görə keçirilən beynəlxalq müsabiqəyə qatılan Azərbaycanın 4 istehsal müəssisəsindən 3-ü ayrı-ayrı kateqoriyalar üzrə I yerə layiq görülmüşlər. Modern.az-ın məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlətlərarası Şuranın ekspertlərinin rəyləri gizli səsvermədən sonra ümumiləşdirilib. Nəticələrə əsasən, “İşçilərinin sayı 250-dək olmaqla sənaye məhsulları istehsalı” kateqoriyasında 630 xal toplamaqla “NJT2000” firması rəqiblərini arxada qoyub.
“İşçılərinin sayı 250-dək olmaqla xalq istehlakı mallarının istehsalı” kateqoriyasında I yerə 912 xal toplamaqla “Gazelli” MMC, “İşçilərinin sayı 250 nəfərdən çox olmaqla xalq istehlakı mallarının istehsalı” kateqoriyasında isə I yerə 635.7 xal toplamaqla “Qafqaz Konserv Zavodu” MMC layiq görülüb.

Təltifetmə mərasiminin cari ilin dekabr ayında Rusiyanın Moskva şəhərində keçiriləcəyi gözlənilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir