Modern.az

Erməni hərbçilər GÜLLƏLƏNDİ – 1 ölü, 1 yaralı

Erməni hərbçilər GÜLLƏLƏNDİ – 1 ölü, 1 yaralı

Qarabağ

29 İyul 2017, 12:13

Ermənistanın Tavuş vilayətinin Berd rayonu ərazisində yerləşən hərbi hissələrinin birində 41 yaşlı müqaviləli hərbçi Artur Mayranyan güllə yarası alıb.

 

Modern.az xəbər verir ki, bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, hərbçinin vəziyyəti pisləşdiyinə görə onu Yerevana aparıblar.

 

Qeyd edək ki, ötən gün də Tavuş vilayətinin Noyemberyan rayonundakı döyüş mövqelərinin birində itki olub.

 

Vilayətin Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silahdan açılan atəş nəticəsində ölüb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!