Modern.az

Qızlar azad seksə meyllənir, biz hansı mentalitetdən dəm vururuq?!

Qızlar azad seksə meyllənir, biz hansı mentalitetdən dəm vururuq?!

30 İyul 2017, 16:21

Ötən il Azərbaycanda 34569 qadın hamiləliyini sonlandırmaq üçün aborta müraciət edib.

 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunlardan 20323 nəfəri 15-29 yaş arasında olan qadınlardır. Ötən il ölkədə 15-17 yaş arası 19 qadın, 18-19 yaş arası 1 242 qadın, 20-24 yaş arası 7773 qadın, 25-29 yaş arası 11 289 qadın aborta gedib.

 

Ailə yoxsa arzuolunmaz hamiləlik?...

 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, nə qədər mental dəyərlərdən danışsaq da azad seksual həyat tərzi keçirən qızlarımızın varlığını dana bilmərik:

 

Məhz bu faktlar arzuolunmaz hamiləliyə gətirib çıxarır. Əgər mentalitetdən, ailə dəyərlərindən danışırıqsa, 15-16, 17-19 yaşında qız ərə gedibsə, o, birinci uşağını heç vaxt abort etdirməz. Tibbi baxımdan da zərurət olmadığı halda ilk uşağın abort olunması arzuolunan deyil. Həm də cəmiyyətdə belə fikirlər var ki, ilk hamiləlik sonlandırılanda sonrakı dövrdə uşaq olmur. Əgər 15-16 yaşında erkən nikah olsa belə, yenə də aborta getmək olmaz. Bu onu göstərir ki, 18-19 yaş arası 1 242 qadın15-17 yaş arası 19 qadın nikaha girmədən, azad seksual həyat tərzi keçirərək hamilə qalıb və abort etdirib. Ola bilər ki, zorlama olub. Amma zorlama ilə bağlı da bu qədər müraciət qeydə alınmayıb. Mülaihizələr çoxdur: ola bilsin ki, qızlar sadəcə könüllü münasibətə giriblər. Ola bilsin ki, münasibət məcburi qaydada olub. Biz bunları bilmirik. Amma fakt, rəqəmlər onu göstərir ki, kifayət qədər gənc qız aktiv seksual həyata meyllidir”,

 

 

Qızın on altı yaşı varsa ...”

 

Zeynalova bildirir ki, bu proseslərin qarşısını zorakı yolla alınması mümkün deyil:

 

 

Boş-boşuna da mentalitetdən danışmağımız yersizdir. Çünki son 10 il ərzində qadınların davranışında dəyişikliklər ortaya çıxıb. Əvvəl deyirdik ki, şəhər qızları, amma indi bölgədəkilər şəhərdəkilərdən heç də geri qalmır. Əgər kəndlərdə də bu cür hallar qeydə alınırsa, demək hansısa dəyər sistemi, bizim yapşıb qaldığımız, ona söykəndiyimiz, əlimizdə bayraqetdiyimiz mental məsələ artıq yoxdur. Ona görə də faktların gözünə açıq baxaq və mentaliteti əlimizdə bayraq etməyək. Anlayaq və qəbul edək ki, bu problem var. Əgər insan haqlarından danışrıqısa yox, amma dəyərlərdən danışırıqsa demək problem var. Ona görə biz dəqiqləşdirək görək biz nəyi rəhbər tuturuq. Əgər mentaliteti rəhbər tuturuqsa, onda  qanunları kənara ataq. 16 yaşından sonra cinsi münasibətdə olmaq cinayədeyil. Amma 15 yaşında cinsi münasibətdə olmaq cinayətdir. Zorlama olubsa, azyaşlı ilə cinsi münasibətdə olduğuna görə məsuliyyətə cəlb edilə bilər. Qızın 16 yaşına qədər cinsi münasibətə girməsikönüllü olub-olmamasından asılı olmayaraq cinayət məsuliyyəti yaradır”.

 

“Kimin adamı var, o da qabağa çəkilir”

 

Hüquq müdafiəçisi qeyd edir ki, cinayət tərkibi yoxdursa, həmin qızları abort edən həkimlər heç bir məsuliyyət daşımır:

 

“Onlar Daxili İşlər Nazirliyinə bu statistikanı veriblər ki, biz də xəbərdarıq. Yoxsa haradan biləcəkdik? Erkən uşaq doğulursa, azyaşlı ilə cinsi münasibətdə olmaq məsuliyyət yaradır. Bu iki şəxs arasında olan münsaibətlərdir. Ona görə daha çox hansı bölgədə bu cür halların qeydə alındığını demək qeyri-peşəkarlıq olar. Çünki biz onun statistikasını aparmırıq”.

Onun sözlərinə görə, qız uşaqlarının təhsilli olması və onların stimullaşdırılması olduqca vacibdir. Bununla qızlarımızı seksual həyata yox, ölkənin inkişafına, akiv fəal gəncə çevrilməsinə, tanıdılmasına, stimullaşdırılmasına, irəli çəkilməsinə nail ola bilərik. Eyni zamanda, problemin həlli zamanı oğlan və qız uşaqları arasında qeyri-bərabərliyin aradan götürülməsinə ehtiyac var. Həmçinin, insanı tanışlığa görə yox, bacarığına görə irəli çəkmək lazımdır. Hələ də bizim cəmiyyətdə hamı öz tanışlarını qabağa çəkir. Adam var, qabiliyyəti var, amma başqasını irəli çəkir. Kimlər ki, şou yaradır, onları da daha çox tanıyırlar. Adam var çox qabiliyyətlidir, potensialı var, amma şou bacarığı yoxdur. Bundan başqa, televiziya, internet resursları, sarı mətbuat seksual yazıları az versə, düşünürəm ki, beyindəki siqnalı da oyatmaz. Əvvəl hamı təhsilə meyllənirdi, çünki siqnallar orda-burda yanmırdı. Xüsusilə ailə-məişət proqramlarına həsr edilən verilişlərdə korreksiyalar olmalıdır. Əslində bütün bunların zorakı yolla qarşısının alınması da mümkün deyil. İnternet, porno videolar hər kəsin əlinin altında var. Demək məsələnin həlli üçün maarifləndirməyə güc verməliyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı