Modern.az

Bakıda “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

 Bakıda “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

16 Noyabr 2009, 11:31

Noyabrın 16-da Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (YUNİSEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda ikigünlük beynəlxalq konfrans başlayıb.

Modern.az xəbər verir ki, konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova və YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard giriş nitqi söyləyiblər.

Tədbirdə bildirilib ki, demokratiyanın prioritet məsələlərindən biri insan haqlarının, azadlıqlarının qorunması, cəmiyyətdə sağlam, bilikli gənclərin yetiştirilməsi üçün dövlət tərəfindən lazımi şəraitin yaradılmasıdır.

Bahar Muradova şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara ilk dəfə olaraq seşki hüquqlarının verildiyini diqqətə çatdırıb. O, deyib ki, konfransda əsas müzakirə mövzusu olan yuvenal ədliyyə 20 yaşadək uşaqların hüquqlarının qorunması və onların cəmiyyətə təkrar inteqrasiyanı özündə ehtiva edir.

Mark Herevard belə bir mötəbər tədbirin Azərbaycanda “Uşaq ili” çərçivəsində keçirilməsini əlamətdar bir hadisə kimi qiymətləndirib. O, bildirib ki, dünyada bəzən uşaqlar zorlamaya, prixoloji sarsıntıya məruz qalır, cinayətə sövq edilir. Belə halların qarşısının alınması və məhbəsdən çıxan uşaqların reabilatisiyası üçün əməli işlər görülməlidir. M.Herevard Azərbaycanda bu istiqamətdə proseslərin uğurla həyata keçirildiyini  vurğulayıb.

İki gün davam edəcək tədbirdə qanunvericilikdə islahatların aparılması, yuvenal ədliyyənin yaradılmasının beynəlxalq standartlara uyğun olaraq nəzərdən keçirilməsi, zərər çəkmiş və şahidlik üçün yetkinlik yaşına çatmış şəxslərlə bağlı ədliyyə sahəsində qanunvericilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər