Modern.az

Bakıda pul müzeyi açıldı

Bakıda pul müzeyi açıldı

Reportaj

18 May 2011, 12:44


Bu gün İçərişəhərdə Numizimatika Ekspozisiya muzeyi açılıb. Modern.az xəbər verir ki, 10 may Heydər Əliyevin doğum gününə və 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunan ekspozisiya Çin Məscidində sərgilənib.

Ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın IX əsrin I yarısına qədər olan bir dövrü əhatə edir. Sərgilənən sikkələrin böyük hissəsi İçəri Şəhərdə müxtəlif dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib.

Numizmatik ekspoziya ilə bağlı tədbiri “İçərişəhər” Tarix və Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri açıb. Rahib Azəri öncə muzey əməkdaşlarını  Beynəlxalq Muzeylər Günü ilə əlaqədar təbrik edib və bildirib ki,  yeni ekspozisiya zalının demək olar ki,  Azərbaycanda analoqu yoxdur.
“Bu bizim dövlətimizin simvoludur. Həmçinin, bu ilin cənab prezident tərəfindən “Turizm ili” elan edilməsi, eyni zamanda gələn ilki “Eurovision” mahni yarişmasının Azərbaycanda keçirilməsi bu ölkəyə turistlərin daha çox gəlməsinə şərait yaradır. Bu zaman onların Azərbayucanın qədim dövrlərini əhatə edən pullarla tanışlıq imkanları olacaq”.

Daha sonra “İçərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev çıxış edib. O qeyd edib ki, XIV əsrə aid olan Çin məscidində keçirələn ekspozisiyadakı sikkələr son 2 il ərzində toplanıb.
“Ən qədim sikkə e.ə V əsrə, ən yeni sikkə isə XIX əsrin birinci yarısına aiddir və 2500 illik qədim bir dövrü əhatə edir”.
Samir Nuriyev onu da söyləyib ki, insanlar evində olan qədim pulları ya hədiyyə kimi, ya da alqı-satqı yolu ilə muzeyə təqdim edə bilərlər.

“İçərişəhər” İdarəsinin elmi mədəni mərkəzinin arxeoloji işlər üzrə elmi işçiçisi Qənirə Pirquliyeva Azərbaycan hökmdarlarının və onların ailəsi haqqında məlumat əldə etmək üçün bu eksponatlara baxmağın kifayət olduğunu vurğulayıb.
“Burada ekspozisiyada sərgilənən ən qədim sikkə e.ə. V əsrdə Kserkisin adına olan sikkədir və bu İçərişəhərdə Məhəmməd məscidi tərəfdə tapılıb”.
O həmçinin qeyd edib ki, numizmatika ekspozisiyanın genişlənməsi yox, zaman-zaman yenilənməsi mümkündür.

Bundan sonra isə İçərişəhər Ağsaqqlar Şurasının üzvi Azər Məlikov muzeyə üzrərində müxtəlif sikkələr həkk olan hədiyyə verib. Hədiyyəni qəbul edən Rahib Azəri numizmatika ekspozsiyanı açıq elan edib, gələnləri baxmağa dəvət etdi.

Sərgidə Azərbaycanın müxtəlif dövrlərində mövcud olan dövlətlərin sikkələri ilə yanaşı, həmin zamanlar dövriyyədə olan xarici ölkələrin də pulları sərgilənib. Burada Sacilər, Salarilər, Sasanilər, Qaraqoyunlar, Hülakilər, Əməvilər, Şirvanşahlar, eyni zamanda xarici dövlətlərdən Rusiya imperiyası, Prussiya, Polşa, Avstriya-Macarıstan imperiyasının, Roma imperiyasının sikkələri müxtəlif stendlərdə nümayiş olunub.



Aytən Əliyeva
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır