24 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - Hesablama Palatası "Azəristiliktəchizat"da ciddi nöqsanlar aşkarladı
Hesablama Palatası "Azəristiliktəchizat"da ciddi nöqsanlar aşkarladı
31.07.2017, 13:00

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 aprel 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrdə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.


Hesablama Palatasından Modern.az
-a verilən məlumata görə, nizamnaməyə uyğun olaraq  “Azəristiliktəchizat”  tərəfindən 2015-2016-cı illərin istilik mövsümündə 535 qazanxana istismar edilməklə 3570 yaşayış binası (170 minə yaxın mənzil), 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekt istiliklə təmin edilib.

 

Auditlə ümumilikdə 51202,7 min manat məbləğində vəsait əhatə olunub.

 

Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb. Cəmiyyətin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılmış, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri Cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb, anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilmiş, qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə təlabatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 m2 yaşayış sahəsi, 1 m3 isidilən həcm və 1 m3 isti su) istehsal və satış maya dəyəri müəyyən edilməmiş və Cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib.

 

Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilmiş, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərin tərkibinə aid edilib.

 

 2015-ci ildə Cəmiyyətin gəlir və xərclər smetasının icrasına və maliyyə hesabatına görə istilik təchizatı xidmətlərinin satışından faktiki gəlirləri (mədaxil) ƏDV-siz 8109,0 min  manat, faktiki xərcləri 46148,2 min manat (o cümlədən, 45702,1 min manat istehsal xərci, 446,1 min manat satışdankənar xərc) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38039,2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10839,2 min  manat,  faktiki xərcləri  50243,3 min manat  (o cümlədən, 49699,1 min manat istehsal xərci, 544,2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39404,1 min manat təşkil edib, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2730,2 min manat artdığı halda, xərclər 4095,1 min manat və ya gəlirlərin artımına nisbətən 1,5 dəfə çox artmış, nəticədə Cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1364,9 min manat və ya 3,6 faiz artıb.

 

İsidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub, yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 m2 yaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib, Cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11,68% və 2016-cı ildə 11,95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12,6% miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib.

 

Cəmiyyətdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmamış, maliyyə hesabatları və izahlı qeydlər Beynəlxalq Maliyyə Hesabatları Standartlarına tam uyğun tərtib edilib, Cəmiyyətin və onun strukturlarının uçot siyasətinin qəbul edilməsi və hesab sahələri üzrə uçotun aparılması barədə prosedurlar hazırlanmayıb, Maliyyə Nazirliyinin təsdiq etdiyi “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmamış, bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməyib.

 

Hesablama Palatasının Kollegiyası nəzarət tədbirinin nəticələrini müzkirə edərək qərar qəbul etmiş, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə "Azəristiliktəchizat" ASC-yə Kollegiya Qərarının surəti və müvafiq təqdimat göndərilib. Auditin nəticələri barədə Milli Məclisə məlumat verilib.

 

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24.10.2017, 00:57

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Bərdənin su təchizatında problem yarandı
24.10.2017, 00:43

Bərdənin su təchizatında problem yarandı

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video
24.10.2017, 00:17

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

İlin ən yaxşı məşqçisi Zidan oldu
24.10.2017, 00:01

İlin ən yaxşı məşqçisi Zidan oldu

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
23.10.2017, 23:46

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23.10.2017, 23:26

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir
23.10.2017, 23:07

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir

Yağın ardınca pendir də bahalaşdı - VİDEO
23.10.2017, 22:48

Yağın ardınca pendir də bahalaşdı - VİDEO

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
23.10.2017, 22:31

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir

Ukrayna prezidentinə sui-qəsd ...
23.10.2017, 22:17

Ukrayna prezidentinə sui-qəsd ...

ABŞ-ın dövlət katibi Bağdada gəldi
23.10.2017, 22:01

ABŞ-ın dövlət katibi Bağdada gəldi

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu
23.10.2017, 21:46

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...
23.10.2017, 21:31

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi
23.10.2017, 21:13

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Çeçenistanda silahlı insident: 4 ölü
23.10.2017, 20:57

Çeçenistanda silahlı insident: 4 ölü

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq
23.10.2017, 20:43

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq

Gürcüstanın baş naziri Bakıya gəlir
23.10.2017, 20:29

Gürcüstanın baş naziri Bakıya gəlir

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb
23.10.2017, 20:16

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib
23.10.2017, 20:02

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib
23.10.2017, 19:51

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23.10.2017, 18:55

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23.10.2017, 18:40

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Sabahdan güclü geomaqnit qasırğası başlayır
23.10.2017, 18:31

Sabahdan güclü geomaqnit qasırğası başlayır

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı
23.10.2017, 18:16

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...
23.10.2017, 18:11

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış
23.10.2017, 18:05

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb
23.10.2017, 17:49

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir
23.10.2017, 17:44

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir

Manat və dolların sabahkı məzənnəsi
23.10.2017, 17:22

Manat və dolların sabahkı məzənnəsi

İraq kürdləri Bağdaddan sülh istədi
23.10.2017, 17:20

İraq kürdləri Bağdaddan sülh istədi

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  
23.10.2017, 17:17

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
23.10.2017, 17:15

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
23.10.2017, 17:09

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL
23.10.2017, 17:06

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL

Hadı Rəcəbli üslubu
23.10.2017, 17:06

Hadı Rəcəbli üslubu

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.88%)
“Azərişıq”(24.8%)
“Azərsu”(9.02%)
“Azəristiliktəchizat”(3.00%)
Heç biri(58.2%)