Modern.az

Milli Məclisin komitə sədri yüksək vəzifədir, yoxsa nazir?

Milli Məclisin komitə sədri yüksək vəzifədir, yoxsa nazir?

Parlament

31 İyul 2017, 14:35

Hələ də qurumlar arasında müqayisəli məsələlər müzakirə mövzusuna çevrilməkdədir.

Görəsən, hansı qurum daha çox iş görür? Yaxud da cəmiyyətdə mövqe sərgiləmək baxımından hansı qurumun fəaliyyəti daha çox nəzərə çarpır?

Nəzər alsaq ki, bütün qurumların işi göz önündə olduğundan daha çox tənqidə məruz qalır. Məsələn, Milli Məclisin komitə sədri və yaxud da hansısa nazirliyi götürək.

Milli Məclisin komitə sədri daha çox funksiyaya malikdir, yoxsa, hansısa nazir?

Hər iki qurumun fəaliyyəti, icrası və funksiyasının cəmiyyət tərəfindən daha çox tanınması da müzakirə olunur. Məsələnin qanuni və real tərəfləri nədir?

Doğrudan, bu qurumlar müqayisə oluna bilərmi?

 

Modern.az mövzunu hüquqşünas Əlməmməd Nuriyevlə davam etdirib. Müsahibimiz deyir ki,  onlar müqayisə oluna bilməz”.

“Həm Milli Məclisin komitə sədri, həm də nazir vəzifəsi  fərqli obyekt olduqları üçün müqayisəyə sığmırlar. Onlar oxşar parametrlərə malik olurlar. Ona görə də onlar müqayisə oluna bilməz. Nazir icra hakimiyyətinin strukturudur, ora aiddir. Milli Məclisin komitə sədri isə qanunvericilik hakimiyyətinin vahidlərindən biridir, onun strukturuna daxildir. Onların qarşıda duran vəzifə səlahiyyətləri də fərqlidir.

 

Əgər nazir konkret olaraq bir sahədə çalışırsa, müəyyən bir sahə ona tapşırılırsa, mülkiyyətin hazırlanması və icrasında iştirak edirsə, komitə sədri isə müəyyən istiqamətdə qanunvericiliklə bağlı layihələrin, qərarların hazırlanması prosesində iştirak edir və onu Milli Məclisə təqdim edir. Bununla bağlı Milli Məclisdə qərar qəbul edilir”.

 

“Cəmiyyət nazirliyə daha çox diqqət yetirir”

 

Hüquqşünas hər iki qurumun müqayisə olunmasının tərəfdarı olmasa da, nazirliklərin cəmiyyətdə böyük rola malik olduğunu inkar etməyib.

 

“Azərbaycan prezidentli respublikadır. Prezident icra hakimiyyətinin rəhbəridir. İcra hakimiyyətinə isə bütün nazirliklər daxildir. Mərkəzi və yerli icra hakimiyyəti qurumları daxildir. İcra hakimiyyəti öz funksiyasına görə çox müxtəlif xarakterli icra funksiyalarına aid olan məsələləri həyata keçirir.

Cəmiyyətdə rol baxımından isə daha çox diqqət yetirilən nazirlik, nazir vəzifəsidir. Xüsusi olaraq onların funksiyalarının çoxluğu, genişliyi, müəyyən bir sahəyə məxsus olması ilə bağlı məsələ var. İcra funksiyasını yerinə yetirirlər. İcra funksiyasını yerinə yetirmək cəmiyyətlə çoxşaxəli təmasda olurlar. Qərarların qəbulu prosesində yaxından iştirakı zəruri edir. Bu baxımdan bu, gözə görünən və daimi diqqətdə olan bir məsələdir”.

 

“Hansınınsa cəmiyyət qarşısında cavabdeh olduğunu söyləmək çətindir”

 

Əlməmməd Nuriyev deyir ki, parlamentin komitə sədri vəzifəsi qanunvericiliyə aid olan müəyyən funksiyanı yerinə yetirir.

“Qanunların hazırlanması və təqdim edilməsi ilə bağlı işlər həyata keçirir. Eyni zamanda bu və ya digər komitədən də müxtəlif sahələrə aid olan qanunlar da qəbul edir. Bu zaman həmin sahəyə aid olan nazirliklərin nümayəndələri orada iştirak edirlər və əsaslandırırlar. Nəzərə almaq lazımdır ki, büdcənin icrası ilə bağlı məsələ parlamentin səlahiyyətinə aiddir. Eyni zamanda, səlahiyyətlərin hazırlanması prosesində komitələr də iştirak edir.

Komitələr qarşısında da bu və ya digər nazirlik öz istiqaməti üzrə büdcə ilə bağlı həm izahatlar, həm də məlumatlar verir. Bu istiqamətdə arqumentlərini dilə gətirir. Büdcənin icrası prosesində də nazirliklər də iştirak edir. Bütövlükdə Nazirlər Kabineti tam heyətlə Milli Məclis qarşısında çıxış edir.

Ayrı-ayrı nazirliklər parlament qarşısında hesabatlı deyillər. Onlar prezident qarşısında hesabatlıdırlar. Bu istiqamətdə arqumentlərini söyləyirlər.

Nazirlər cəmiyyətlə təmasda sıx olan proseslərdə birbaşa iştirak edən qurumdur. Ona görə də hər zaman diqqəti cəlb edən fiqur kimi seçilir. Eyni zamanda, parlament də bu məsələdə geri qalmır. Ona görə də hansının daha çox funksiya daşıdığını və cəmiyyət qarşısında cavabdeh olduğunu söyləmək çətindir. Hər ikisinin öz funksiyası var. Sadəcə, funksiyaların genişliyi baxımından nazirliklər birbaşa iştirak edir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi