Modern.az

Bakıdakı “Şanxay” məhəlləsinin söküləcəyi dəqiqləşdi  

Bakıdakı “Şanxay” məhəlləsinin söküləcəyi dəqiqləşdi  

31 İyul 2017, 15:39

Keşlə qəsəbəsindəki “Şanxay” adlanan məhəllədə dəmir yollarının sanitariya-mühafizə ərazisində yerləşən qanunsuz tikililərin – sənədsiz evlərin söküntüsü üçün Maliyyə Nazirliyinin nəzarəti altında inventarlaşma aparılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova Modern.az-a məlumat verib.

Qurum rəsmisi deyib ki, hazırda 55 ev artıq inventarlaşıb:

“İlkin olaraq dəmir yolunun kənarındakı 55 ev inventarlaşıb. Bundan başqa bizdə hələlik heç bir məlumat yoxdur”.

 

S.Qədirova deyib ki, sakinlərin köçürülməsi, onlara kompensasiya ödənişi Nazirlər Kabineti və Maliyyə Nazirliyinin verəcəyi qərar əsasında müəyyənləşəcək.

 

Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. Keşlə qəsəbəsinin “Şanxay” deyilən ərazisi, Biləcəri və bəzi stansiyaların kənarları, Ağstafanın bəzi kəndlərinin adı mühafizə və sanitar zolağa düşən ərazidir.

Araşdırma nəticəsində mütəxəssislərin gəldiyi nəticəyə görə ərazidə ümumilikdə 2840 qanunsuz tikili var. Bunlardan 2304-ü yaşayış obyekti, 536-sı isə qeyri-yaşayış obyektidir. Siyahı hazırlanarkən 883 obyektin təxirə salınmadan sökülməli olduğu bildirilib. Bu barədə məlumatlar o vaxtkı Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub