24 sentyabr 2017, Bazar
Ana Səhifə - TƏHSİL - İxtisas seçən abituriyentlərin yol verdiyi YANLIŞLIQLAR...  
İxtisas seçən abituriyentlərin yol verdiyi YANLIŞLIQLAR...  
01.08.2017, 10:12

Ali məktəblərə keçirilən imtahanlar artıq başa çatıb. Hazırda abituriyentlər daha gərgin proses yaşamaqdadır. Belə ki, ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçiminə start verilib. Proses avqustun 10-dək internet vasitəsilə aparılacaq.

Maraqlıdır ki, abituriyentlərin çoxu ixtisas seçimi zamanı yanlışlığa yol verir ki, bu da bir çox hallarda ya universitetə qəbul ola bilməməsinə, ya da daha yaxşı  ixtisası seçə bilməməyə gətirib çıxarır.

Bəs abituriyentlərin ixtisas seçimi zamanı yanlışlığa yol verməsinin səbəbləri nədir? Konkret olaraq seçim edərkən nələrə diqqət yetirmək lazımdır?

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında ixtisas seçimi zamanı valideynlərin müdaxiləsini istisna etməyib.

“Artıq 2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qaldı. Bundan sonra abituriyentlər, onların valideynləri üçün daha həyəcanlı, gərgin dövr başlayır. Bu da ali məktəblərə ixtisas seçimidir. Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını gerçəkləşdirməyə və ya prestijli peşəyə sahib olmalağa məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur”.

Ekspert ixtisas seçimi zamanı diqqət ediləcək nüansları da qeyd edib.

“Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək. İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas  seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur.
600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olurlar. Onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansısa bir ixtisasa, universitetə qəbul olunmaq olur. Abituriyentin balı aşağı düşdükcə, seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu,  ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.

Abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir”.

 

 


Namidə BİNGÖL
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Gələn ilin büdcəsi daha böyük olmalıdır”
24.09.2017, 17:48

“Gələn ilin büdcəsi daha böyük olmalıdır”

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb
24.09.2017, 17:20

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...
24.09.2017, 17:09

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib
24.09.2017, 16:58

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır
24.09.2017, 16:55

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO
24.09.2017, 16:40

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR
24.09.2017, 16:00

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA
24.09.2017, 15:55

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib
24.09.2017, 15:01

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”
24.09.2017, 14:00

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR
24.09.2017, 13:56

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR

Prezident Salyanda səfərdədir
24.09.2017, 13:28

Prezident Salyanda səfərdədir

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA
24.09.2017, 13:09

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir
24.09.2017, 12:57

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
24.09.2017, 12:40

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”
24.09.2017, 12:33

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
24.09.2017, 12:24

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Prezident Neftçalada açılışlar etdi

Sabah yağış yağacaq
24.09.2017, 12:10

Sabah yağış yağacaq

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb
24.09.2017, 11:40

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Həmsədrlər regiona səfər edəcək
24.09.2017, 10:55

Həmsədrlər regiona səfər edəcək

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB
24.09.2017, 10:44

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”
24.09.2017, 10:37

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”

Almaniyada parlament seçkiləri keçirilir
24.09.2017, 10:23

Almaniyada parlament seçkiləri keçirilir

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə
24.09.2017, 10:10

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI
24.09.2017, 09:47

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI

Ermənistan atəşkəsi 126 dəfə pozdu
24.09.2017, 09:40

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib
24.09.2017, 09:38

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı
24.09.2017, 00:47

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…   
24.09.2017, 00:30

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…  

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib
24.09.2017, 00:22

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO
24.09.2017, 00:13

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

Masallı sakini öz evini yandırdı
23.09.2017, 23:47

Masallı sakini öz evini yandırdı

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...
23.09.2017, 23:30

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü
23.09.2017, 23:12

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.2%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.87%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.1%)
- Məhərrəmlık əsl İslama ziddir(34.7%)