Modern.az

Saakaşvili Poroşenkonu ittiham etdi: “Bu sənədlər hardadır?”

Saakaşvili Poroşenkonu ittiham etdi: “Bu sənədlər hardadır?”

Dünya

1 Avqust 2017, 13:11

Ukrayna dövlət başçısı Pyotr Poroşenkonun fərmanı ilə bu ölkənin vətəndaşlığından çıxarılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili onun haqqında səslənən ittihama münasibət bildirib.

 

Modern.az saytının məlumatına görə, Saakaşvili deyib ki, onun haqqında saxta sənəd dərc ediblər.

 

“Poroşenko fərman verdi, bununla da məni Ukrayna vətəndaşlığından məhrum etməyə çalışır. Özü də saxta sənədə əsaslanaraq” Saakaşvili “112 Ukrayna” telekanalına belə deyib.

 

O söyləyib ki, Ukrayna Prezident Administrasiyasının özü saxtakarlıqla məşğuldur.

 

“Burada mənim yox, Poroşenkonun və onun komandasının cinayətləri haqqında söhbət gedir. Çünki mənim haqqımda sənədləri onlar saxtalaşdırıblar”.

Keçmiş prezident əlavə edib ki, Ukrayna vətəndaşlığını almaq üçün lazım olan bütün lazımlı anketləri doldurub.

 

“Mənə sənədlərimi göstərin. Bu sənədlər haradadır? Yoxdur. Onlar təqdim etdiyi sənədlərdə mənim saxta imzam haradadır? Cinayət işi açmaq lazımdır. Əgər imza saxtadırsa, Prezident Administrasiyasının rəhbərini, ya da müvafiq komissiyanın rəhbərini həbs edin” –deyə o bildirib.

 

Onu da qeyd edib ki, Ukraynaya qayıtmaq üçün əlindən gələni edəcək.

 

Ukrayna Miqrasiya Xidməti isə məlumat yayıb ki, Saakaşvilinin vətəndaşlıqdan çıxarılması ilə bağlı müvafiq qərar "Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub.

 

Məlumata əsasən, Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.    

 

Qeyd olunub ki, Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib. Lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi