24 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Mən sənin ruhunam, axmaq insan, qorxaqsan... – FƏLSƏFİ
Mən sənin ruhunam, axmaq insan, qorxaqsan... – FƏLSƏFİ
01.08.2017, 13:57

Elə belə də bilirdim. Bilirdim ki, ruhumla söhbətim sonsuz əzablarla müşayiət olunacaq və zaman keçdikcə mən fəlsəfə tarixinin bu qorxulu axtarışlarını daha çox götür-qoy edəcəyəm beynimdə. Heyhat...

Qorxunun gəncliyi də elə bizim yaşlanmaq sindromumuzla ekvivalent imiş. Kim daha çox yaşlanırsa, o qədər də çox qorxur. Mən ölümü nə vaxt burnumun ucunda görürəm onda daha çox qorxuram. Ruhumun əbədiliyi yaxud keçərliyi də məni yaş artımımla bərabər düşündürür sanki.

Görəsən, həqiqətən ruh cismdən ayrı yaşaya bilirmi? Yəni, həqiqətən bizim nəfəsimiz kəsilib, ürəyimiz dayanandan sonra fəlsəfə tarixinin o əbədi qalmaqallı mövzusunda hansı durumla qarşılaşacağıq? Nə qədər materialist olursan ol, hardasa bir balaca qığılcım qədər də olsa inamın mütləq qalır, eləcə də skeptika ruhun daimiliyi mövzusuna şübhəsiz inananların da mütləq içində bir yerlərdə mövcuddur.

 

Elə bu düşüncələrin içərisində ikən birdən gözlərimi yumdum. Dəli bir qıcolma ilə üz-üzə, göz-gözə dayanmışdım. Bu vaxt ruh bədənimdən qalxdı və başımın üstündə formal bir məsafədə dayanaraq mənimlə dialoqa başladı:

 

- Salam, bədən.

- Bədən?

- Bəli, bədən. Unutma ki, sən sadəcə cismsən. Mən olmasam, sən heç nəsən, bir heç. Buna istədiyin qədər inana bilərsən. Hətta səni indi danışdıran belə mənəm, axmaq adam.

- Sən mən deyilsənmi?

- Mən sənin ruhunam.

- Ruh?

- Hə, sənin ruhun. Baxmayaraq ki, dünya yaranandan mənim adımı müxtəlif yarlıqlarla fərqli insanlara qoyduz. Biriləriniz sevgilinizə “ruhum” dedi, biriləriniz valideynlərinizə, amma heç vaxt öz içinizə dönmədiz.

- Mən sənin varlığına inanmıram, ruhum. Sən mənim qorxularım, duyğularım və instinktlərimdən başqa heç nəsən.

 

Ruhum eynən mənim kimi alnını qaşıdı, şəhadət barmağı ilə gicgahını tərpətdi və söhbətə davam elədi:

 

- Sən ölümdən qorxursan.

- Yox, qorxmuram.

- Əmin ol ki, qorxursan.

- Bunu sən müəyyənləşdirə bilməzsən.

- Mən sənin ruhunam, axmaq insan. Özünü məğrur göstərmə, qorxaqsan, qorxaq, qorxursan, qorxursan, qorxursan.

 

Ruh elə bil məni ələ salırdı. Axı o, hardan bilirdi ki, mən elə bayaqdan bu qorxularıma görə fikirliyəm. Sakitcə susdum və ruhum gözlərimin içinə baxaraq danışmağa davam elədi:

 

- Heç bir canlı ölmək istəmir. Ölümdən qorxmağın alternativini heç vaxt doğru müəyyən edə bilməmisiz. Tarix boyu ən məğrur görünənləriniz ölümdən qorxmamağı cəsarət kimi xarakterizə etdi. Amma axı həyat sadəcə bir anlıqdır, dünyadakı müxtəlif dinlərə məxsus insanlar da mənim sizin bədəninizdən ayrılıb həmişə yaşadığıma inanır, onda sual olunur, niyə yekə-yekə danışmaq yerinə, hamınızın ölümdən qorxduğunuzu etiraf edə bilmirsiz?

 

O, haqqlı idi. Ən qəribəsi də bu idi ki, mən paranoyik durumda idim. Bu, nə axmaqlıqdır? Mənim kimi aqnostik, Bertran Rassel fəlsəfəsinin vurğunu olan adam indi öz ruhumla danışırdım?

 

Ruhum qəhqəhə çəkdi. Onda elə bir səmimi gülüş var idi ki, nə özümdə, nə də başqa canlılarda tez-tez rastlaşdığım bir təbəssüm deyildi qətiyyən. Buna əmin idim. O, düz gözlərimin içinə baxaraq dedi:

 

-  Səncə insanların hamısını birləşdirən tək şey nədir?

- Ruh.

- Necə belə əmin cavab verə bilirsən?

- Çünki bütün insanlar eyni görünsələr də, fərqlidirlər. Bizim hamımız ümumi bir məqsəd uğrunda yaşayırıq sanki...

 

Ruhum bu anda üstümə qışqırdı:

 

- Məqsədiniz fərqli olmalı idi, amma sizin istədiyiniz kimi oldu. Hamınız dünyanı daha çox yaşanılası yer etmək əvəzinə yaşanılmayacaq bir hala gətirrdiniz.

 

Mən razı idim onunla, başa düşürdüm ki, mənim həmişə keçirdiyim hisslərimi mənə bəxş edən də ruhum idi.

 

- Yaxşı, cism, mən gedirəm,- deyə, ruhum əl salladı.

 

- Bir dəqiqə...- düşünürdüm,- sən axı niyə gəlmişdin?

 

Ruhum gülürdü, uzun müddət gözlərimə baxdı. Aramızdakı sükutu onun səsi böldü:

 

- Görürəm ki, uzun müddətdir məni cismindən aralı salmaq istəyirsən. Çətinliklər yaşayırsan, bu yaşadığın ağrıları sənə yaşadan da mənəm, çünki mən yanıram, mən acı çəkirəm. Sən mənim təlatümlərimdən doğan hiddətlə divara yumruq atıb barmaqlarını sındıranda da, özünü qəribə, kimsəsiz və yalqız hiss edəndə də əzabı ruhun çəkir. Amma düşün, bir də heç vaxt yaşamaq şansın olmaycaq, bir də heç kim səni bu həyata bağlamayacaq. Və həm də bir özün fikirləş, keşməkeşsiz, ziddiyətsiz, ancaq harmoniya ilə dolmuş bir həyat olduqca monoton və sıxıcı olmazdımı? Tələsmə, dostum, qoy ölümün təbii olsun, heç birinizin qəsdə haqqınız yoxdur.

Bu sözlərdən sonra yenicə dəli olduğumu düşünürdüm. Birdən bədənimdən sanki elektrik cərəyanı keçirmiş kimi hiss etməyə başladım, hər yerim əsirdi.

Bu, nə idi? Yuxumda öz ruhumlamı danışırdım?

 

***

Fəlsəfə dərsində ruhdan mövzu düşdü və müəllimim məni ayağa qaldırdı.

 

“ Ruh səncə nədir” sualına sakitcə susdum.

 

Çünki mən metafizika ilə bağlı suallarımdan ölənə kimi qurtula bilməyəcəkdim.

 

Tural İsmayılov


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mir Cəfər Bağırovun saxta ölümü, qamçılanması və xilası
24.01.2018, 00:47

Mir Cəfər Bağırovun saxta ölümü, qamçılanması və xilası

Bakıda yeni dələduzluq variantı - Video
24.01.2018, 00:34

Bakıda yeni dələduzluq variantı - Video

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı
24.01.2018, 00:17

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı

İlham Əliyev: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil”
23.01.2018, 23:55

İlham Əliyev: “Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil”

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"
23.01.2018, 23:43

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir"

Bakı-İstanbul aviareysində problem yaranıb
23.01.2018, 23:29

Bakı-İstanbul aviareysində problem yaranıb

Azərbaycan nefti bahalaşdı
23.01.2018, 23:16

Azərbaycan nefti bahalaşdı

Adamyanı qətlə yetirən “azərbaycanlılar”, yaxud Balayanın sərsəmləməsi – DAĞLIQ QARABAĞ OLAYLARI
23.01.2018, 22:58

Adamyanı qətlə yetirən “azərbaycanlılar”, yaxud Balayanın sərsəmləməsi – DAĞLIQ QARABAĞ OLAYLARI

Tanınmış jurnalist urək tutmasından dünyasını dəyişdi
23.01.2018, 22:42

Tanınmış jurnalist urək tutmasından dünyasını dəyişdi

Sərnişinlər yollarda qaldı - Video
23.01.2018, 22:34

Sərnişinlər yollarda qaldı - Video

Bitkoin bir qədər də ucuzlaşdı
23.01.2018, 22:18

Bitkoin bir qədər də ucuzlaşdı

Diqəm Əsgərov və Şahbaz Quliyevin fotoları AŞPA sessiyasında nümayiş etdirildi - VİDEO
23.01.2018, 22:04

Diqəm Əsgərov və Şahbaz Quliyevin fotoları AŞPA sessiyasında nümayiş etdirildi - VİDEO

ABŞ PYD/YPG-yə dəstəyini kəsəcək
23.01.2018, 21:54

ABŞ PYD/YPG-yə dəstəyini kəsəcək

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”
23.01.2018, 21:40

İlham Əliyev: “Neftin qiymətinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyirik”

Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib
23.01.2018, 21:35

Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video
23.01.2018, 21:21

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunur” - Video

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi
23.01.2018, 21:08

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var" – NATO rəsmisi

Türkiyə Afrində daha bir şəhid verdi
23.01.2018, 20:56

Türkiyə Afrində daha bir şəhid verdi

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək
23.01.2018, 20:43

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

Kürdəmir sakini intihar etdi
23.01.2018, 20:30

Kürdəmir sakini intihar etdi

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi
23.01.2018, 20:16

İlham Əliyev Gürcüstanın baş naziri ilə regional məsələləri müzakirə etdi

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen
23.01.2018, 20:03

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen

İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq”
23.01.2018, 19:51

İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq”

Kürdəmirdə 68 yaşlı qadın intihar edib
23.01.2018, 18:56

Kürdəmirdə 68 yaşlı qadın intihar edib

Goranboyda minaatan mərmisi tapılıb
23.01.2018, 18:47

Goranboyda minaatan mərmisi tapılıb

Əbülfəz Qarayev vətəndaşları qəbul edəcək
23.01.2018, 18:38

Əbülfəz Qarayev vətəndaşları qəbul edəcək

Gözəl Bayramlıya hökm oxundu: 3 il
23.01.2018, 18:31

Gözəl Bayramlıya hökm oxundu: 3 il

"Bakı-Tbilisi-Qars Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib”
23.01.2018, 18:26

"Bakı-Tbilisi-Qars Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib”

Bu ilki Oskar namizədlərinin adları AÇIQLANDI
23.01.2018, 18:13

Bu ilki Oskar namizədlərinin adları AÇIQLANDI

Azərbaycanda fond sədri Avropa İttifaqının nümayəndəsi ilə görüşdü
23.01.2018, 18:02

Azərbaycanda fond sədri Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib” - YENİLƏNİB
23.01.2018, 18:01

Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib” - YENİLƏNİB

Piyadanı vurub qaçan sürücü tutuldu   
23.01.2018, 17:49

Piyadanı vurub qaçan sürücü tutuldu  

 Almaniya Qarabağdakı erməni separatçılarına viza verməyib - Azərbaycan ALQIŞLADI
23.01.2018, 17:36

 Almaniya Qarabağdakı erməni separatçılarına viza verməyib - Azərbaycan ALQIŞLADI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
23.01.2018, 17:23

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Türkiyə “Zeytun budağı” əməliyyatında 2-ci şəhid verdi
23.01.2018, 17:17

Türkiyə “Zeytun budağı” əməliyyatında 2-ci şəhid verdi

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42%)
SOCAR(14%)
Azersun Holding(10%)
Azercell(4%)
Bakcell(8%)
Nar mobile(2%)
Gilan Holdinq(4%)
Nurgun Group(2%)
Paşa Holding(4%)
Akkord(10%)