Modern.az

Abituriyent ixtisas seçimində işə düşdü - DİM ekspertləri İTTİHAM etdi

Abituriyent ixtisas seçimində işə düşdü - DİM ekspertləri İTTİHAM etdi

1 Avqust 2017, 14:40

Ali məktəblərə ixtisas seçimi davam edir. Amma abituriyentlərin ixtisas seçimi zamanı bəzi nüanslar ortaya çıxıb.

 

Modern.az-a daxil olan məlumata görə ərizələrin birində Bakı Dövlət Universitetinin (BDU) Alman və Fransız dilləri üzrə filologiya ixtisaslarını qeyd edib.

 

Lakin o, sonradan  “Abituriyent”  jurnalının 4-cü sayında bu ixtisasları ancaq həmin dilləri attestatlarında qeyd olunmuş abituriyentlərin seçə bildiyini öyrənib.

 

Digər tərəfdən belə qadağan olunmuş ixtisasları seçəndə elektron ərizə qəbul etmir, qırmızı ilə xəbərdarlıq edir ki, sizin bu ixtisası seçmək hüququnuz yoxdur.

 

Abituriyent həmin ixtisası istədiyi üçün  ixtisasın kodlarını daxil etdiyi halda sistem heç bir qadağa olmadan qəbul edib. Elektron ərizəni təsdiq və çap edib. Bu çap olunmuş və hüquqi sənəd olan elektron ərizədə göstərilir ki, ərizə təsdiq olunub və heç bir problem yoxdur. Amma ərizə qəbulundan 3 gün sonra Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentin elektron ərizəsindəki həmin ixtisasları qırmızı ilə işarələyib,  onları seçmək hüququnun olmadığı yazılıb. 

MəsəLə ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında bunları deyib.

 

“Müəyyən ali təhsil müəssisələrində bir sıra ixtisaslar üzrə müsabiqə şərtləri fərqlidir. Bütün bu şərtlər "Abituriyent" jurnalının 4 saylı buraxılışında ətraflı şəkildə verilib.

 

Hər bir abituriyent ixtisas seçimi etməmişdən öncə həmin tələblərlə mütləq tanış olmalıdır.

 

Abituriyent həmin tələblərə əsasən ixtisas seçimi etməlidir. Burada ən vacib məsələlərdən biri də "elektronixtisasseçimi ərizəsi"nin abituriyentin özü tərəfindən doldurulmasıdır. Çox təəssüf ki, bəzən müxtəlif "insanlar", "müəllimlər", "ekspertlər" abituriyentin əvəzinə bu işi yerinə yetirirlər və ərizənin doldurulmasında müəyyən səhvlərə yol verirlər.

 

Konkret olaraq sizin qeyd etdiyiniz məsələyə gəldikdə isə "elektron ixtisas seçimi ərizəsi"nin doldurulmasına başlanıldığı ilk gün cəmi bir neçə abituriyentin ərizəsində bu hal aşkarlanıb və onlarla əlaqə saxlanılaraq məlumat verilib. Onlar da ərizələrində müvafiq düzəlişləri ediblər”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir