21 avqust 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi
01.08.2017, 15:36

Azərbaycan Mərkəzi Bankının (AMB)  İdarə Heyəti  bu gün  uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

 

Bu barədə Modern.az-a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir.

 

Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirmiş və iqtisadiyyata pul təklifini artırıb. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.

 

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb:

 

İqtisadi aktivlik. Real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası bərpa meyillərinin davam etdiyini nümayiş etdirir. Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1.7%-lik iqtisadi artım qeydə alınmışdır. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3.7%, o cümlədən qeyri-neft sənayesində 5.4%, kənd təsərrüfatında 2.2% təşkil edib.

 

Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni zamanda ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir.

Xarici balans və məzənnə. Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir.

 

Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5%, o cümlədən qeyri-neft ixracı 27.9% artmış, idxal isə 15.7% azalmışdır. Xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları artmışdır.

Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir.

 

Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili yaradır.

 

Monetar şərait. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olmuşdur. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artıb.

 

Bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin, ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.

Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib.

 

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişib.

Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.

 

2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.

 

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcək.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb
21.08.2017, 18:58

Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb

Rostovda fövqəladə vəziyyət elan edilib
21.08.2017, 18:46

Rostovda fövqəladə vəziyyət elan edilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
21.08.2017, 18:36

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar var” 
21.08.2017, 18:26

“Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar var” 

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib
21.08.2017, 18:21

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib

Samuxda çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrıldı
21.08.2017, 18:14

Samuxda çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrıldı

Prezident Göygölə 3 milyon manat ayırdı
21.08.2017, 18:07

Prezident Göygölə 3 milyon manat ayırdı

Ali məktəblərin boş qalan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
21.08.2017, 17:54

Ali məktəblərin boş qalan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI

Türkiyədə fəaliyyədə olan təşkilat Milli Məclisin deputatını təltif etdi
21.08.2017, 17:52

Türkiyədə fəaliyyədə olan təşkilat Milli Məclisin deputatını təltif etdi

Jurnalistlər “İlham Əliyevin dostları” səhifəsi yaradıblar
21.08.2017, 17:48

Jurnalistlər “İlham Əliyevin dostları” səhifəsi yaradıblar

Şuşalıların müraciəti yayıldı
21.08.2017, 17:32

Şuşalıların müraciəti yayıldı

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
21.08.2017, 17:12

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR

Avqustun 22-nə manatın məzənnəsi
21.08.2017, 17:12

Avqustun 22-nə manatın məzənnəsi

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans - FOTO
21.08.2017, 17:02

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans - FOTO

53 yaşlı baş redaktor: “Duyğulandım”
21.08.2017, 16:57

53 yaşlı baş redaktor: “Duyğulandım”

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?   
21.08.2017, 16:52

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?  

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır – MONİTORİNQ
21.08.2017, 16:38

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır – MONİTORİNQ

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
21.08.2017, 16:31

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq

İlham Əliyev: Azərbaycan üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur
21.08.2017, 16:22

İlham Əliyev: Azərbaycan üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
21.08.2017, 15:59

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi
21.08.2017, 15:49

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi

Barselona terrorunun 15-ci qurbanı
21.08.2017, 15:45

Barselona terrorunun 15-ci qurbanı

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM
21.08.2017, 15:39

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib
21.08.2017, 15:34

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ
21.08.2017, 15:28

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi
21.08.2017, 15:17

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI
21.08.2017, 15:02

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI

İsmayıllıda sürücü piyadanı vurub öldürdü
21.08.2017, 14:58

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21.08.2017, 14:37

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 
21.08.2017, 14:20

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21.08.2017, 13:49

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB
21.08.2017, 13:49

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı
21.08.2017, 13:45

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb
21.08.2017, 13:42

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var
21.08.2017, 13:32

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.8%)
SOCAR-dan(6.14%)
Lukoil-dan(18.4%)
Bunların heç birindən - başqasından(24.5%)