Modern.az

Dərini təravətləndirən, qırışlara qarşı mübarizə aparan giləmeyvə - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

Dərini təravətləndirən, qırışlara qarşı mübarizə aparan giləmeyvə - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

1 Avqust 2017, 22:07

Mütəxəssislərin qənaətinə görə qara qarağat insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biridir. Elə bunun nəticəsidir ki, xalq təbabətində qara qarağatdan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Modern.az saytı sağlamlıq mövzusu ilə bağlı növbəti yazıda qara qarağatın faydaları haqqında yazını təqdim edir.

Gün ərzində 15-20 ədəd qara qarağat yeməklə orqanizmin gündəlik C vitamininə olan tələbatını ödəmək olar. Belə ki, qara qarağat tərkibində olan C vitamininin zənginliyi ilə digər bitkilərin arasında liderlik edir.

Bununla yanaşı qarağat A, D, E, K, B qrup vitaminlərlə, sellüloz, pektin, üzvi turşular, kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, yod, kobalt, manqan, mis, molibden, ftor və sinklə zəngindir.

 

Belə zəngin tərkibi ilə qara qarağatın orqanizmə hansı faydaları var?

1. Qarağatdan istifadə sayəsində insanda ürək-damar xəstəliklərinin yaranması ehtimalı azalır, ürək-damar sistemi möhkəmlənir

2. Arterial təzyiq normaya düşür

3. Qanın tərkibi yaxşılaşır

4. Şəkərli diabetin inkişaf riski azalır

5. Görmə qabiliyyətinə müsbət təsir göstərir

6. Qaraciyər və böyrək xəstəliklərinin müalicəsini sürətləndirir

7. Dərini təravətləndirir, qırışlara qarşı mübarizə aparır

8. Ahıl yaşlı insanlarda əqli zəifləmənin sürətini azaldır

9. Onkoloji xəstəliklərin profilaktikası üçün effektli vasitədir

10. İltihabi prosesləri götürür, mövsümi soyuqdəymələrdən qoruyur

11. Ən güclü təbii antioksidantlardan biri sayılır

12. İmmuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır

Digər faydalı qida məhsulları kimi qara qarağatdan da qədərində istifadə olunmalıdır. Nəzərə alınmalıdır ki, bu bitkidən qədərindən artıq istifadə edildikdə qan laxtalanmasına səbəb ola bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı