Modern.az

Siyasi liderlərin sevdikləri filmlər - MARAQLI

Siyasi liderlərin sevdikləri filmlər - MARAQLI

1 Avqust 2017, 22:10

Yəqin ki, dünyada az adam tapılar ki, yaşadığı illər ərzində bir dəfə də olsun kinoya maraq göstərməsin. Sıravi insanlardan tutmuş məşhurlara qədər  hər kəsin sevib seçdiyi, həvəslə seyr etdiyi filmlər olub və bu gün də kinoya maraq heç də az deyil. Siyasi liderlərin həyatları başdan-ayağa kinoya bənzəsə də onların da sevdiyi filmlər ərsəyə gəlib.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

İosif Stalin SSRİ-nin istehsalı olan hər filmin kütləvi nümayişə buraxılmasına şəxsən nəzarət edib. Rəhbərin ən çox sevdiyi filmlərdən biri “Çapayev” olub. Filmin “xeyir-dua”sını vermək üçün Stalin bu filmə 38 dəfə baxıb. Nəhayət bir çox düzəlişlər aparıldıqdan sonra ona filmin 3 variantını təqdim ediblər. Stalin filmin Çapayevin Ural çayında boğulması ilə sona çatan variantını seçib.

Sonuncu dəfə isə Stalin 1 mart 1953-cü ildə “Sirk” filminə baxıb.

Leonid İliç Brejnev də filmlərə baxmaqdan imtina etməyib. Hər həftənin beşinci günü axşamlar Leonid İliçin bağ evində Baş katibə yeni filmləri nümayiş etdiriblər. Sevdiyi filmlər sırasında “Baharın on yeddi anı” xüsusi yer tutub. Film Brejnevi çox təsirləndirib. Hətta o bu filmə baxan zaman tibb bacısı onun yanına ürək dərmanı da qoyub. Dəfələrlə bu filmə baxdıqdan sonra Breynev göstəriş verib ki, polkovnik İsayevi (Ştirlisi) mükafatlandırmaq üçün tapmaq lazımdır. Yaxın ətrafından kimsə Leonid İliçə deyib ki, İsayev ucqar bir kənddə yaşayır. “KQB”-nin Ştirlis axtarışı nəticəsiz qalıb. “Naəlac” qalan Brejnev Ştirlisin əvəzinə onun rolunu oynayan Vyaçeslav Tixonovu ordenlə təltif edib.

Britaniyalı rejissor Aleksandr Kordanın 1941-ci ildə lentə aldığı “Ledi Qamilton” filmi İngiltərənin Baş naziri Çerçilin ən çox sevdiyi filmlərdən biri olub. Rejissor bu filmə görə İngiltərənin ən yüksək mükafatına layiq görülüb. Film admiral Nelsonla əyalət gözəli olan Qamiltonun məhəbbətindən bəhs edir.

Fidel Kastronun ən çox sevdiyi film isə “Hərb və sülh” olub.

Çin Xalq Respublikasının sədri Si Cinpin Amerika rejissorlarının İkinci dünya müharibəsi ilə bağlı çəkilmiş filmlərinə xüsusi azarkeşlik edir. Onun ən çox sevdiyi film isə Stiven Spilberqin 1998-ci ildə ekranlaşdırdığı “Sıravi Rayanı xilas etməli” filmidir.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2014-cü ildə keçirdiyi ənənəvi mətbuat konfransında “Ən cox sevdiyiniz film hansıdır?” sualına qısa və konkret cavab verib: “Çapayev”.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp da filmlərə qarşı laqeyd deyil. Onun sevdiyi filmlər sırasında “Xaç atası”, “Vətəndaş Keyn”, “Qanlı idman” filmləri xüsusi yer tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?