Modern.az

Mətbuat Şurası medianın dil xüsusiyyətlərini yoxlayacaq

Mətbuat Şurası medianın dil xüsusiyyətlərini yoxlayacaq

18 May 2011, 17:02

Modern.az saytının məlumatına görə, Mətbuat Şurası «Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi» layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı çərçivəsində həyata keçiriləcək layihə 4 ay davam edəcək. Bu müddətdə ölkənin tanınan, ictima fikrə təsir göstərən KİV-lərindəki materiallar dil xüsusiyyətləri baxımdan nəzərdən keçiriləcək və hər ayın sonunda bununla bağlı müzakirə təşkil olunacaq.

Layihə çərçivəsində həmçinin monitorinqin nəticələrinin hər ay açıqlanması və sonda mövzu ilə bağlı ümumrespublika konfransının təşkili nəzərdə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir