Modern.az

"Quş qripi" ilə bağlı monitorinq başlayıb

"Quş qripi" ilə bağlı monitorinq başlayıb

16 Noyabr 2009, 11:47

Noyabrın 16-da Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı vəziyyəti yoxlamaq üçün monitorinqlərə başlayıb. Modern.az xəbər verir ki, monitorinqdə Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ovçular Cəmiyyətinin nümayəndələri iştirak edirlər. Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, yoxlama tədbirləri köçəri quşların müvəqqəti yaşadıqları ərazilərdə - Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, həmçinin dövlət park və qoruqlarında, sahilboyu ərazilərdə və digər müvafiq ərazilərdə aparılacaq. Monitorinq çərçivəsində laboratoriya analizinin keçirilməsi üçün quşlardan və özəl təsərrüfatlardan nümunələr götürüləcək. Analizin nəticələri noyabrın 27-də elan ediləcək. Qeyd edək ki, hazırda “quş qripi” ilə əlaqədar epizootik vəziyyət stabildir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?