Modern.az

Şimali Koreya ABŞ-ı qorxutdu - Tillerson Pxenyanı düşmən siyahısından çıxardı 

Şimali Koreya ABŞ-ı qorxutdu - Tillerson Pxenyanı düşmən siyahısından çıxardı 

2 Avqust 2017, 11:54

Şimali Koreyanın qitələrarası ballistik raketi sınaqdan keçirməsi ABŞ-da qorxu yaradıb.

 

Bu vaxta qədər Şimali Koreyanı sərt şəkildə ittiham edən Ağ Ev bu dəfə yumşaq, diplomatik tonda bəyanat verib və Pxenyana “dostluq” mesajı göndərib.

 

Modern.az saytının BBC-yə istinadən xəbərinə görə, ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqton Şimali Koreyada rejimi dəyişməyin yollarını axtarmır.

 

“Amerika hökuməti Şimali Koreyadakı rejimin dəyişilməsi versiyalarını nəzərdən keçirmir. Biz sizin düşməniniz deyilik. Sadəcə olaraq hansısa bir formada dialoq istəyirik”- Tillerson bildirib.

 

“Biz rejimin dəyişməsinə çalışmırıq, biz Koreya yarımadasının sürətli şəkildə birləşməsinə çalışmırıq. Biz Şimali Koreyanın 38-ci paralelinə qoşun göndərmək üçün bəhanə axtarmırıq” Tillerson əlavə edib.

 

Xatırladaq ki, Şimali Koreya ballistik raketlərinin ABŞ-a qədər çata biləcəyini iddia edir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər