24 fevral 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycan kino tarixinin “ƏN”ləri - ARAŞDIRMA
Azərbaycan kino tarixinin “ƏN”ləri - ARAŞDIRMA
02.08.2017, 15:12

2000-ci ildən etibarən, 2 avqust tarixi Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət olub.

Modern.az saytı 119 yaşı tamam olan Azərbaycan film tarixinin “Ən”lərini təqdim edir. Burada “ən çox” təşbehinə cavab verəcək kino və kino xadimlərimizdən bəhs olunacaq:

1. Dünya üçün ən yaxşı Azərbaycan filmi


(Dünya kinematoqrafçılarının ötən əsrin birinci yarısı üçün hazırladığı siyahıya əsasən) - Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən, Azərbaycanın “Mavi dənizin sahilində” filmi (1937) dünya kinosunun ən yaxşı 10 əsəri siyahısına daxil edilib. Bu fakt Moskvanın “Kinovedçeskiye zametki” jurnalının 1995-ci il, 27-ci nömrəsində işıq üzü görüb. Həmçinin, araşdırmaçı Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixindən” adlı monoqrafiyasında da bu məqam öz təsdiqini tapıb. Film həmçinin keçirilən sorğular nəticəsində  dünyaca məşhur kino xadimləri Berner Ayzenşits və Naum Kleymanın hazırladığı siyahıda  ən yaxşı ekran əsəri kimi dəyərləndirilib. 

2. Ən çox mükafat alan bədii film


Bu, rejissor Şamil Əliyevin ekranlaşdırdığı Çölçü” filmidir. 2012-ci ildə çəkilən film hələlik, Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzən, 40-a yaxın ölkədə keçirilən festivalda iştirak edən “Çölçü”  ümumilikdə 30 beynəlxalq mükafatın sahibidir. 


3. Ən çox beynəlxalq nümayişi olan Azərbaycan filmi


Dahi Üzeyir Hacıbəylinin qələm məhsulu olan “Arşın mal alan” iki dəfə 1945 və 1965-ci illərdə ekranlaşdırılıb. Xarici ölkələrdə ən çox nümayiş etdirilən Azərbaycan filmidir. “Arşın mal alan” 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə edilib.

 

4. Son illərin ən iddialı sənədli filmi

Rejissor Rüfət Əsədovun çəkdiyi “Kənddə sonuncu yəhudi” filmi son illərin ən iddialı sənədli ekran əsəri sayılır. Film hələlik cəmi iki ölkədə - İsrail və ABŞ-da nümayiş etdirilsə də, hər ikisində əsas mükafatın sahibi olub. Sənədli filmin bundan sonra da qatılacağı festivallardan uğur qazanacağına şübhə yoxdur.
 

5. Ən faciəli Azərbaycan filmi


Bu, müharibə mövzusunda çəkilən “Mən ki gözəl deyildim” filmidir. Texnikanın zəif inkişafı və ondan istifadənin səriştəsizliyi səbəbindən film çəkilişlərinin birinci etapında faciə yaşanıb. II Dünya Müharibəsindən bəhs edən filmdə döyüş səhnəsi çəkilən zaman pirotexniklərin səhvi üzündən çəkiliş heyətinin olduğu qayıq partlayır. 4 nəfər həlak olur, bir neçə nəfər isə ağır yaralanır. Həlak olanların arasında filmin rejissorlarından biri Ramiz Əsgərov, rejissor köməkçisi və başqa iki texniki işçi də olub. Ağır yaralananlardan biri isə sonradan çox tanınmış rejissora çevriləcək Rasim Ocaqov idi. Rasim Ocaqov həmin filmdə operator kimi çalışıb. Amma partlayışdan sonra birmənalı olaraq filmdən imtina edib...
Partlayışdan sonra filmin çəkilişləri dayandırılır. Bəzi aktyorlar və yaradıcı heyət üzvləri filmdən imtina edir.
 

6. Ən şanssız Azərbaycan filmi


Bu, ilk versiyası 1929-cu ildə lentə alınan “Sevil” filmidir. Dahi Cəfər Cabbarlının ssenari müəllifi olduğu və rejissorluq etdiyi film əslində, Azərbaycan kino tarixinin məhək daşı olmalı idi. Lakin olmadı. İlk azərbaycanlı aktrisanın - İzzət Orucovanın çəkildiyi film həqiqətən də böyük tarixdir. Təsəvvür edin, elm xadimi olan Sevil xanımı (o, həm də Azərbaycanın ilk qadın akademiklərindən olub) şəxsən Cəfər Cabbarlının özü bu rol üçün seçib, zor-bəla ilə onu razı salıb. Çünki ona qədər kinoda heç bir müsəlman aktrisası çəkilməmişdi. Çəkilişlərdə təcrübəsiz xanımla çox zəhmət çəkib, onu çox danlayıb. Lakin heyhat, film sonradan kimsənin yadında düşmədi. Repressiyadan sonra Cəfər Cabbarlıya da münasibət dəyişmişdi. Yalnız 1963-cü ildə, nisbi yumşalma dövründə filmi ikinci dəfə ekranlaşdırmaq üçün plana saldılar. Yenə də baş tutmadı. Sən demə, köhnə xatirələr unudulmurdu. Plan Komissiyasının üzvləri əvvəlcə filmi qəbul etsələr də, ən son anda siyahıdan çıxarmağa nail olurlar. İzzət Orucova, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorların əmanəti olan film təxirə salınır.

Amma bu da hələ son deyildi. Filmin üçüncü uğursuzluğu qarşıda idi. 1970-ci ildə Leninin ölümünün 40-cı ildönümü münasibətilə film plana salınır. Lakin bütün diktə mərkəzdən edilir. Peşəkar aktyorların əvəzinə Fikrət Əmirovun “Sevil” operasında çıxış edən opera müğənniləri filmə dəvət alır. Bircə Həsən Məmmədov Balaşı canlandırır. Təkcə bu fakt filmin nə dərəcədə uğursuz olmasına kifayət idi. Nəticədə, “üçüncü Sevil” də uğur qazana bilmir. Dahi Cəfər Cabbarlının böyük arzusu- “Sevil”i ölkə xaricindən o tərəfdə tanıtmaq istəyi- bu dəfə də baş tutmur.
 

7. Ən çox xəyal qırıqlığı yaradan Azərbaycan filmi

Mirzə Cəlilin “Ölülər” pyesinin motivləri əsasında çəkilən “O dünyadan salam” filmi müəllifinə ən çox xəyal qırıqlığı yaşadan film kimi tarixə düşdü. Tofiq Tağızadə xeyli film çəksə də, nədənsə bu filmin beynəlxalq uğur qazancağına çox inanırdı. O, hətta ekran əsərindən gəlir qazanmaq üçün onu televiziyalara verməyəcəyini, birbaşa kinoteatrlara kommersiya məqsədilə təklif edəcəyini də demişdi. Təəssüf ki, film heç Azərbaycanda da uğur qazanmadı. Kino fədaisi olan rejissor bu filmdən sonra sənətdən küsdü. Filmin televiziyada nümayişinə icazə vermədi. Ondan sonra daha heç bir film də çəkmədi.
 

8. Ən “bəxtli” Azərbaycan filmi


“Güllələnmə təxirə salınır” filmi yalnız möcüzə nəticəsində “sağ qalıb”. Maddi çatışmazlıq səbəbindən çəkilişləri on il müddətinə təxirə salınan filmin rejissoru Ələkbər Muradov onu yenidən diriltmək istədikdə əvvəllər çəkilən lentləri tapa bilmir. Uzun çək-çevirdən sonra filmin yazıldığı lentlər Moskvada tapılır. Lakin necə? - Rejissor kinostudiyanın zirzəmisindən min bir çətinlik hesabına tapdığı lentlərin yararsız hala düşdüyünü görür. Artıq kimsə inanmırdı ki, onlar nəyəsə yaraya biləcək. Amma rejissor inamını itirmir. Lentləri uzun fasilədən sonra yararlı hala gətirir. Nəticədə bu gün də maraqla izlınilən əmircanlı Xan haqqında filmi bizə qaytarır.

9. Oskarın qısa siyahısına ən real namizəd olmuş Azərbaycan filmi

Bu, yuxarıda haqqında danışdığımız “Çölçü” filmidir. Filmin əsas uğuru ilk dəfə olaraq nüfuzlu “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominassiyasına təqdim edilərək, uzun siyahıya düşməsidir. Filmin rejissoru Şamil Əliyevin vaxtilə bu sətirlərin müəllifinə verdiyi müsahibədə “Çölçü”nün “Oskar”ın qısa siyahısının bir addımlığında olduğunu, lakin müəyyən səbəbdən ora düşə bilmədiyini vurğulayıb. 

10. Ən çox filmə çəkilən 3 Azərbaycan aktyoru


Xalq artisti Şahmar Ələkbərovun adıyla bağlı 148 ekran işi var. Təbii ki, bunların hamısı onun çəkildiyi bədii filmlər deyil. Bu rəqəmə aktyorun çəkildiyi bədii və sənədli filmlər, ondan bəhs edən sənədli proqramlar, rejissor kimi çəkdiyi bədii və sənədli filmlər, ən nəhayət səsləndirdiyi filmlər daxildir.
Rasim Balayevdə bu rəqəm 113, Həsən Məmmədovda isə 73-dür.

 

11. Xarici ölkələrdə ən çox filmə çəkilən aktyor


Bu aktyorumuz, Xalq artisti Tariyel Qasımovdur. O, Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında aşağıdakı filmlərə çəkilib:
“Rüstəm və Söhrab”(Tacikistan), “Qızıl rəngi” (Türkmənfilm), “Çilidə gecə”  Mosfilm), “Əlvida, yaşıl yay” ( Özbəkfilm), “Həyatın mənası” (Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (Özbəkfilm, 17 seriyalı), “Sahib” (Özbəkfilm), “Sonya raport verir” (DEFA, 2 seriyalı).
 

12. Filmlərə ən çox mahnı bəstələyən bəstəkarlarımız


İlk yerin sahibi böyük bəstəkar Emin Sabitoğludur. O, bədii film, televiziya filmləri və sənədli film - proqramlara ümumilikdə 91 musiqi bəstələyib. Tofiq Quliyevdə bu rəqəm 71-ə, Polad Bülbüloğluda isə 50-ə çatır.

 

N.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”
24.02.2018, 16:05

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Rusiyanın kredit reytinqi artdı
24.02.2018, 15:54

Rusiyanın kredit reytinqi artdı

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı
24.02.2018, 15:43

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”
24.02.2018, 15:32

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24.02.2018, 15:21

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb

Özbəkistanın sabiq baş prokuroru həbs olundu
24.02.2018, 15:05

Özbəkistanın sabiq baş prokuroru həbs olundu

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24.02.2018, 14:47

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib

Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum olub
24.02.2018, 14:14

Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum olub

Nardaran sakini silahını təhvil verib
24.02.2018, 13:57

Nardaran sakini silahını təhvil verib

“Xocalısız 26 il” - FOTOLAR
24.02.2018, 13:46

“Xocalısız 26 il” - FOTOLAR

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb
24.02.2018, 13:42

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq
24.02.2018, 13:36

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
24.02.2018, 13:29

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək

Tacikistan prezidenti bu il Azərbaycana gələcək
24.02.2018, 13:22

Tacikistan prezidenti bu il Azərbaycana gələcək

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi
24.02.2018, 13:11

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi

Oğruluq etmək istədi, bacaya düşdü
24.02.2018, 13:00

Oğruluq etmək istədi, bacaya düşdü

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA
24.02.2018, 12:34

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI
24.02.2018, 12:31

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI

Ağ Evdə həyəcanlı anlar yaşandı
24.02.2018, 12:15

Ağ Evdə həyəcanlı anlar yaşandı

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq
24.02.2018, 12:11

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək
24.02.2018, 11:58

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək

Yaşıl təbiət –Sağlam cəmiyyət
24.02.2018, 11:53

Yaşıl təbiət –Sağlam cəmiyyət

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib
24.02.2018, 11:53

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib

Elmar Vəliyəv vətəndaşları qəbul edib
24.02.2018, 11:43

Elmar Vəliyəv vətəndaşları qəbul edib

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu
24.02.2018, 11:40

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi
24.02.2018, 11:35

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı
24.02.2018, 11:33

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır
24.02.2018, 11:22

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır

Dəb ədəbiyyatı: Dəbiyyat
24.02.2018, 11:13

Dəb ədəbiyyatı: Dəbiyyat

Ağsuda polislər yol qəzasına düşdü
24.02.2018, 11:09

Ağsuda polislər yol qəzasına düşdü

"Taliban" 25 hərbçini öldürdü
24.02.2018, 11:00

"Taliban" 25 hərbçini öldürdü

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU
24.02.2018, 10:46

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq
24.02.2018, 10:35

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq

Neft bahalaşdı
24.02.2018, 10:24

Neft bahalaşdı

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var
24.02.2018, 10:09

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(15%)
“Bazarstore”(10%)
“Neptun” marketləri(2.5%)
“Favorit” marketi(6.25%)
“Makromarket”(2.5%)
“Bizim market”(2.5%)
“Rahat market”(2.5%)
“Bravo” marketləri(13.7%)
“Oba market”(10%)
Heç biri - digər mağazalar(35%)