Modern.az

Filippin prezidenti Kim Çen Ini təhqir etdi

Filippin prezidenti Kim Çen Ini təhqir etdi

Dünya

2 Avqust 2017, 20:31

Filippin prezidenti bu dəfə Şimali Koreya liderini hədəf alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rodriqo Duterte Manilada ASEAN sammiti ərəfəsində çıxışı zamanı Şimali Koreyanın rəhbəri Kim Çen Ini təhqir edib.

Məlumata görə, o, Şimali Koreya liderini “axmaq” adlandırıb.

Pxenyanın həyata keçirdiyi nüvə sınaqlarından danışan R.Duterte Kim Çen Inın təhlükəli oyuncaqlarla oynadığını deyib.

Onun sözlərinə görə, Uzaq Şərq üçün nə qədər gec deyil, nüvə müharibəsinin qarşısını almaq lazımdır.

Qeyd edək  ki, R.Duterte bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanı və BMT-nin keçmiş baş katibi Pan Gi Munu da təhqir etmişdi.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür