Modern.az

Türkiyə üç düşmənlə mübarizə aparır

Türkiyə üç düşmənlə mübarizə aparır

3 Avqust 2017, 00:33

"Türkiyə eyni zamanda 3 terror təşkilatına qarşı mübarizə aparır. Bu təşkilatlardan biri PKK, digərləri isə Fəthulla Gülən hərəkatı və İŞİD terror təşkilatıdır". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ankara Ali Hərbi Şuranın iclasından sonra Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

Baş nazirin sözlərinə görə, həmin terror təşkilatları ilə mübarizə əhəmiyyətli dərəcədə güclənib.

Binəli Yıldırım hələ də Türkiyənin təhlükəsizliyi üçün daxili və xarici təhdidlər mövcud olduğunu bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir