Modern.az

Qanınız “qara”dırsa LƏNGİMƏDƏN TƏMİZLƏYİN

Qanınız “qara”dırsa LƏNGİMƏDƏN TƏMİZLƏYİN

3 Avqust 2017, 08:46

El arasında tez-tez işlədilən bir ifadə var: filankəsin qanı qara idi, kefsiz görünürdü. Məcazi mənada işlədilən bu ifadəyə bioloji baxımdan yanaşsaq bu ifadəni orqanizmin problemi kimi qəbul etmək olar. Söhbət zaman-zaman qanın plazmasında zərərli bakteriyaların, virusların, anticisimlərin, ziyanlı maddələrin toplanmasından gedir ki, onların miqdarı artdıqca müxtəlif xəstəliklərə səbəb olur. Yəni qanımız “qaralır”. Orqanizmi bu təhlükədən uzaqlaşdırmaq üçün qanın təmizlənməsi ən yaxşı mübarizə üsullarından biridir.

Modern.az saytı sağlamlıq mövzusu ilə bağlı növbəti yazını təqdim edir.

Qanın təmizlənməsinin üsulları müxtəlifdir. O cümlədən xalq təbabətində də bir çox sınanmış üsullar mövcuddur. Onlardan birini oxucuların diqqətinə çatdırırıq.

Bu üsuldan qədim zamanlardan istifadə olunub. Şabalıd cövhərini hazırlamaq çox sadə və asandır. Bunun üçün 50 qram şabalıd xırda-xırda doğralınır və üzərinə 500 qram araq əlavə olunur. 21 gün ağzı kip bağlanan şüşə qabda hər gün bir dəfə çalxalanmaqla qaranlıq yerdə saxlanılır. 21 gün keçdikdən sonra süzülür sutkada 3 dəfə 20-30 damcı yeməkdən qabaq qəbul edilir. Kurs 3 həftə davam etdirilir.

Şabalıd çövhəri qanı zərərli maddələrdən təmizləyir, ateroskleroza qarşı mübarizə aparır, damarları möhkəmləndirir, ürək damar sisteminin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normaya salır, bütövlükdə orqanizmə müsbət təsir göstərir.

Kursu hər il təkrar etməklə daha effektli nəticələr əldə etmək olar. Xüsusilə 40 yaşdan sonra şabalıd cövhəri ilə qanın təmizləməsi orqanizmin sağlamlığını qorumaq üçün vacibdir.

Şabalıd cövhərindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu