Modern.az

Əsgərlərinə seks oyuncaqları düzəltdirən, şizofreniyadan əziyyət çəkən FÜRER...

Əsgərlərinə seks oyuncaqları düzəltdirən, şizofreniyadan əziyyət çəkən FÜRER...

3 Avqust 2017, 09:13

2 avqust 1934-cü ildə səhər saat 9-da Almaniya prezidenti Gindenburq vəfat etdikdən 3 saat sonra Adolf Hitler Almaniya füreri elan olunub. Bununla da ölkə Hitlerin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.

Arxivlər açıldıqca zaman-zaman Hitlerin fəaliyyəti haqqında yeni faktlar ortaya çıxır. Bu faktların arasında siyasi fəaliyyəti ilə yanaşı fürerin şəxsi həyatı ilə bağlı məlumatlar da az deyil.

Modern.az saytı Adolf Hitler haqqında maraqlı faktları təqdim edir.   

Anası Hitlerə hamilə olanda abort etmək istəyib. Lakin həkimlər hamiləliyin dövrünə görə buna icazə verməyiblər.

Adolf Hitler vegeterian olub. 1931-ci ildən onun qida rasionundan ət məhsulları çıxarılıb.

40 yaşına qədər hər gün iki qutudan artıq siqaret çəkən fürer iştirak etdiyi məclislərdə və yığıncaqlarda siqaret çəkməyi qadağan edib.

Hitler heç bir idman növü ilə məşğul olmayıb və heç bir idman klubuna azarkeşlik etməyib.

Ölkədə ciddi intizam yaratmaq üçün Adolf Hitler bir sıra qərarlar verib. Onlardan biri də şəhər nəqliyyatında biletsiz sərnişinlərin birbaşa dayanacaqlarda güllələnməsi əmri olub.

Adolf Hitler hətta yay fəslində havanın temperaturundan asılı olmayaraq kitelini çıxarmayıb. Maraqlı faktlardan biri odur ki, Hitler insanlar arasında heç vaxt paltosunu, pencəyini, kitelini soyunmayıb. Bunun səbəbi hələ bu günə kimi də sirr olaraq qalır.

Fürer sirk həvəskarı olub. Gərgin iş rejiminə baxmayaraq o yeni sirk tamaşalarına baxmağa vaxt ayırıb. Tamaşalara baxmağa gedəndə apardığı bahalı şirniyyatları və gül dəstələrini sirk ustalarına şəxsən özü təqdim edib.

Hitler ilk dəfə olaraq Almaniyada seks oyuncaqlar hazırlatdırıb. Boyu 176 sm olan rezin kuklaların hazırlanması alman döyüşçülərinin əcnəbi qadınlarla intim əlaqədə olmaması üçün nəzərdə tutulub.

Adolf Hitler və Yeva Braun ölümlərindən 10 dəqiqə əvvəl nikah kəsdiriblər. Bu nikah Yevanın arzusu ilə baş tutub. Belə ki, Yeva Braun tarixdə fürerin rəsmi həyat yoldaşı kimi qalmaq istəyib.

Fürerin peşəkar rəssamlıq qabiliyyəti olub. 2012-ci ildə müəllifi olduğu “Gecə dənizi” rəsm əsəri 32 min avroya satılıb.

1938-ci ildə “Taym” jurnalı Hitleri ilin adamı elan edib. İlk dəfə olaraq ilin adamı elan olunmuş şəxsin şəkili jurnalın üz qabığında verilməyib.

Hitlerin furaşkası həmişə başının ölçüsünə görə böyük olub. O, təhlikəsizliyinə görə furaşkasının dairəvi hissəsinə polad tökmə bağlatdırıb.

Mütaliəni hədsiz dərəcədə sevən Hitlerin ən çox sevdiyi yazıçı Karl May olub.

Güclü natiqlik qabiliyyətinə malik olan Adolf Hitler saatlarla kütlələr qarşısında heç bir kağızdan istifadə etmədən çıxış etməkdən yorulmayıb. Əgər o öz çıxışını əvvəlcədən hazırlayırdısa iki makinaçı onun sürətlə dediklərini yazmağı güclə çatdırırdılar.

Birinci Dünya Müharibəsi başlayanda Hitler orduya könüllü gedib və dörd il ərzində iki yüksək mükafatla təltif olunub.

Fürer şizofreniya və nevroz xəstəliklərindən əziyyət çəkib.

Adolf Hitler siyasi fəaliyyətinə görə 5 il azadlıqdam məhrumetmə cəzasına məhkum olunub. 10 aydan sanra isə azadlığa buraxılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir