Modern.az

"Burda yer fırlanmırdı”

"Burda yer fırlanmırdı”

18 May 2011, 23:31

“Qanun” nəşriyyatında  yazıçı Azad Qaradərəlinin “Burda yer fırlanmırdı” kitabı işıq üzü görüb. Kitaba müəllifin son on ildə yazdığı nəsr əsərləri daxil edilib. Oxucular burada müəllifin 2004-cü ildə bitirdiyi, müxtəlif mətbuat orqanlarında hissə-hissə çap etdirdiyi “Günəş tutulan yerdə” romanı, əsasən qaçqın soydaşlarımızın taleyindın bəhs edən hekayələri ilə tanış ola biləcəklər.

Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr olunmuş  “Yuxarıda kim var?” uzun hekayəsi bu kitabın çapa hazırlanması prosesində qəfil yazılanlardandır. Axırda müəllifin son söz yerinə yazdığı “Niyə?” adlı düşüncələri də yer alıb.

Bəs niyə “Burda yer fırlanmırdı”? Hə, bunu bilmək üçün kitabı əldə edib oxumaq lazımdır. Artıq bütün kitab satış mərkəzlərindən onu əldə edə bilərsiniz.

Kitab 416 səhifədən ibarətdir və 1000 tirajla çap olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı