Modern.az

Azərbaycanda 61 nəfəri gün vurub

Azərbaycanda 61 nəfəri gün vurub

Aktual

3 Avqust 2017, 11:08

İyun ayının 1-dən avqust ayının 1-nə qədər 61 nəfər günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib: 

“Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.

L.Bayramova günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!