Modern.az

Ermənistan Ordusunda işgəncə FAKTLARI - Əsgər valideynləri hədələnir

Ermənistan Ordusunda işgəncə FAKTLARI - Əsgər valideynləri hədələnir

3 Avqust 2017, 12:26

Ermənistan ordusunda qeydə alınan sayca ən çox hadisələrdən biri də hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayət hallarıdır.


Modern.az-ın məlumatına görə, belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur.


Bu günlərdə Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissələrindən birində iki hərbçi arasında mübahisə baş verib. Təhqirlərə və fiziki təzyiqlərə dözməyən Qalustyan soyadlı əsgər gecə saatlarında, şəxsi heyət istirahət edən vaxt, qaynar suyu yatdığı yerdə onu incidən digər əsgərin üzərinə töküb. Hələlik adı gizlədilən həmin hərbçi baş-boyun hissəsindən müxtəlif dərəcəli ağır yanıqlar aldığından təcili hospitala yerləşdirilib.


Son günlər nizamnamədən kənar münasibətlər zəminində baş verən növbəti hadisə zamanı bir neçə erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndindəki hərbi hospitala yerləşdirilib.


Belə ki, Madagizdə yerləşən hərbi hissələrdən birində xidmət edən iki zabit həddən artıq spirtli içki qəbul edəndən sonra heç bir əsas olmadan əsgərləri döyməyə başlayıb. Hadisə zamanı fiziki təzyiqlərə məruz qalan Razmik Poqosyan, Armen Yeğizaryan, Mxitar Hayriyan, Samvel Manukyan, Karapet Torosyan adlı gənc əsgərlər ifadə vermək üçün Xankəndindəki baş hərbi istintaq idarəsinə aparılıblar.



Daha bir hadisə zamanı “Qalx!” komandasını yerinə yetirməkdən imtina edən Yervand Qasparyan adlı əsgərin Suvaryan soyadlı manqa komandiri tərəfindən döyülməsi olub. Uşaqlarına qarşı bu cür münasibətdən hiddətlənən valideynləri komandanlığa şikayət ediblər. Lakin yerli komandirlərin hədə-qorxularından sonra əsgərin valideynləri gələcəkdə də övladlarına qarşı bu cür qəddarlığın baş verə biləcəyindən ehtiyat edərək şikayətlərini geri götürmək məcburiyyətində qalıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi