Modern.az

Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard dollar artıb

Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard dollar artıb

İqtisadiyyat

3 Avqust 2017, 20:44

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından Modern.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il iyul ayının 31-nə 5 milyard 33,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 840,2 milyon dollar və ya 20,90% çoxdur.

İyul ayı ərzində isə AMB-nin valyuta ehtiyatları 69 milyon dollar və ya 1,39% artıb.

Cari ilin əvvəlindən artım 1 milyard 58,7 milyon dollar və ya 26,64% olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!