21 iyun 2018, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Gürcüstanın azərbaycanlı deputatı: “Saakaşvilini yoxa çıxarmağa çalışırlar” - MÜSAHİBƏ  
Gürcüstanın azərbaycanlı deputatı: “Saakaşvilini yoxa çıxarmağa çalışırlar” - MÜSAHİBƏ  
04.08.2017, 09:14

Azər Süleymanov: “Sakaşvili həm Ukrayna, həm də Gürcüstan üçün başağrısıdır”

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti  Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi günlərdir müzakirələrə səbəb olub.  Məsələn, iddia olunur ki, Mixail Saakaşvilinin Ukraynadan çıxarılması ABŞ-ın növbəti taktikası ola bilər və mümkündür ki, yaxın gələcəkdə onu yenidən Gürcüstan hakimiyyətinin başına gətirsinlər.
Məsələ ilə bağlı Modern.az-ın suallarını vaxtilə Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasını Gürcüstan parlamentində təmsil edən azərbaycanlı deputat Azər Süleymanov cavablandırıb.

 

- Hazırda dünya mətbuatı Mixail Saakaşvilinin Ukrayna vətəndaşlından məhrum edilməsindən yazır. Saakaşvili bu məsələdə nə düşünür? Ukraynadan həmişəlik çıxmaq fikri varmı?

 

 - Əslində, Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması məsələsinin üzərindən sükutla keçməyəcək. Ukrayna vətəndaşlığını yenidən qazanmaq üçün mübarizə aparacaq və bununla bağlı açıqlama verəcək. Əgər Ukrayna rəhbərliyi Saakaşvilinin vətəndaşlığını bərpa etməsə, gərgin mübarizə başlayacaq. Bir məsələ var ki, Saakaşvilinin Ukrayna pasportu qalır. Sadəcə, ölkəyə girişinə qadağa qoyulub.  

 
- Vaxtilə Gürcüstan iqtidarının başında dayanana Saakaşvilinin vətəndaşlıqdan imtina edilməsi Marqveraşvili hakimiyyətini narahat edirmi? Sakaşviliyə Gürcüstan vətəndaşlığı verilə bilərmi?

 

- Əgər Saakaşvili Gürcüstan hökumətinə vətəndaşlığı ilə bağlı müraciət etsə, gürcü hökuməti onun vətəndaşlığını bərpa edib, pasport verə bilər. Sadəcə, bir reallıq var: bunu Sakaşvili etməyəcək. Çünki Ukrayna məsələsi yarımçıq qalıb. Görüləsi çox işləri var. Sakaşvili özü də bu barədə deyib ki, çalışdığı qədər Ukraynada olmalıdır. Yarımçıq işlərimi davam etdirməlidir. Həyatının 13-14 ilini Ukraynada yaşadığına, Ukrayna xalqına söz verdiyinə görə, bütün planları və əbədi işləri Ukrayna ilə bağlıdır.
 


- Hazırda Saakaşvili harda yaşayır?

 

- Amerikanın Nyu-York şəhərində qohumlarının evində məskunlaşıb. Dayısı oğlu orada yaşayır.
 

- Digər bir məsələ də var ki, Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi birmənalı qarşılanmır. Bildirilir ki, Saakaşvili  yenidən Gürcüstan iqtidarında görünə bilər.

 

- Əslində, Saakaşvilinin indiki halda buna ehtiyacı yoxdu. Gürcüstanda məlum hadisələr baş verəndən sonra ukraynalılar da yeniliyə can atdılar. Hətta Saakaşvilinin partiyası ətrafında ukraynalıların sıx toplaşması Poroşenkoda qorxu yaratmağa başladı. Korrupsiyaya, oliqarxlara, haqsızlığa qarşı açıq və birbaşa mübarizə üsulu seçmişdi. Bu cür hallar bəzi dairələri qane etmədiyindən Saakaşvilinin vətəndaşlıqdan imtina edilməsinə nail oldular.
 

 - Oktyabr ayında Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Dəyişikliklər nədən ibarət ola bilər?
 

 - Hər şey xalqın irdəsindən asılıdır. Hazırkı hökumətin fəaliyyəti dəyişməz qalıb. Təqaüdlər, əmək haqları artmadı. Üstəlik larinin dəyərdən düşüməsi insanların sabaha olan ümidini itirib. Gürcüstan demokratik dövlətdir. Heç vaxt gürcü xalqı bir daha inqilabın olmasını istəmir. Seçki prosesi ilə bağlı parlamentdə müəyyən məsələlər var. Köklü dəyişikliklərin aparılmaması bugünkü hakimiyyətin işgüzar olmadığını sübut edir. “Gürcü arzusu” partiyasının reytinqi üç il əvvəllə müqayisədə 60% aşağı düşüb. Sakaşvilinin dövründə isə Gürcüstanda vəziyyət çox fərqli idi. Ölkədə inkişaf gedirdi. Sakaşvili hakimiyyətdən gedəndən sonra ölkədə inkişaf tempi aşağı düşdü.

 

- Həm Ukrayna prezidenti Poroşenko, həm də Gürcüstan prezidenti Marqveraşvili Saakaşvilinin vətəndaşlığı barədə nə düşünə bilər? Narahatlıq nədən ibarətdir?

 

- Poroşenko Saakaşvilinin vətəndaşlığını əlindən almazdan bir neçə gün əvvəl Gürcüstanda oldu. Bizdə olan məlumata görə, Saakaşvili həm Ukrayna, həm də Gürcüstan üçün başağrısıdır. Saakaşvilinin ukraynalı oliqarxlara qarşı açıq mübarizə aparmasının nəticəsi olaraq onu Ukryanaya buraxmamağa qərar verdilər. Halbuki, Saakaşvilinin hakimiyyəti dövründə çox işlər görülüb. Təəssüf ki, Saakaşvilidən sonra bugünkü Gürcüstan hökuməti heç bir iş görmür. İnsanlar bunu çox yaxşı dərk edir. Bugünkü rəhbərliyin ən çox qorxduğu Saakaşvilinin nələrsə etməsidir. Həm Poroşenko, həm də Gürcüstan hakimiyyəti Saakaşvilini yoxa çıxarmağa çalışırlar.  Halbuki, Saakaşvili mübariz bir insandır. Onun bu mübarizliyi çoxlarının ürəyini açmır.

 

- Bir az da Mixail Saakaşvilinin şəxsi həyatından danışaq. Mövcud gərginliyin fonunda ailə münasibətləri nə yerdədir?

 

- Saakaşvilinin şəxsi həyatı haqqında çox danışırlar. Amma hamısı boş söhbətlərdir. Onun xanımı Sandra ilə çox yaxşı münasibətim var. Onlar ailə olaraq tez-tez bir araya gəlirlər. Əlbəttə, hər kəsin şəxsi həyatı var və bu, onun özəlliyidir. Böyük oğlu ABŞ-dadır. İkinci oğlu isə Gürcüstandadır. Gürcü məktəbində oxuyur. Sandra xanım çıxışı zamanı vurğulayıb ki, Gürcüstanı tərk etməyəcək. Övladlarının Gürcüstanda təhsil almasını istəyir. Hər zaman da Saakaşviliyə dəstək olub.  Bir məsələni də vurğulayım. Saakaşvili haqqında suşi yediyinə, masaja getdiyinə və digər gülünc məsələlərə görə cinayət işi açılıb. Açılan cinayət işi hələ də qüvvədə qalır. Saakaşvilinin gürcü xalqı üçün etdikləri əvəzolunmazdır. Demokratik olmayan ölkəni demokratik etdi. 3 milyondan artıq əhalisi olan ölkəyə hər il 7 milyondan çox turist gəlir və hər bir turist özünü sığortalaya bilib. Bu işlərin hər biri Saakaşvili zamanında qurulub. Saakaşvilinin heç zaman rahat həyatı olmayıb. Hər zaman qalmaqalların mərkəzində olub. Yenilikləri çox sevir. Hər halda, sakit bir insan olsaydı bu qədər hadisə də başına gəlməzdi. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Pambıqçıların zəhərlənməsi təxribat deyil” - Ekspert SƏBƏBLƏRİ göstərdi   
21.06.2018, 14:06

“Pambıqçıların zəhərlənməsi təxribat deyil” - Ekspert SƏBƏBLƏRİ göstərdi  

Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək
21.06.2018, 14:00

Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək

Putin-Tramp görüşü barədə yeni xəbər var
21.06.2018, 13:57

Putin-Tramp görüşü barədə yeni xəbər var

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisinə yeni vəzifə verilib? - AÇIQLAMA   
21.06.2018, 13:37

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisinə yeni vəzifə verilib? - AÇIQLAMA  

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi
21.06.2018, 13:33

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi

Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır - Əli Əhmədov
21.06.2018, 13:27

Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır - Əli Əhmədov

Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”
21.06.2018, 13:22

Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”

Azərbaycanlı deputatlar Çində - İmperator Sarayı ilə tanışlıq...
21.06.2018, 13:12

Azərbaycanlı deputatlar Çində - İmperator Sarayı ilə tanışlıq...

Məktəbdaxili qiymətləndirmədə YENİ QAYDALAR - Sentyabrdan tətbiq ediləcək
21.06.2018, 13:09

Məktəbdaxili qiymətləndirmədə YENİ QAYDALAR - Sentyabrdan tətbiq ediləcək

Hadi Rəcəbli: “Sosial məqsədlər 300 milyon manat lazımdır”   
21.06.2018, 13:07

Hadi Rəcəbli: “Sosial məqsədlər 300 milyon manat lazımdır”  

Sabah 37 dərəcə isti olacaq
21.06.2018, 13:06

Sabah 37 dərəcə isti olacaq

Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi
21.06.2018, 13:03

Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi

Sabahın havası – Bakıda 33 dərəcə isti olacaq
21.06.2018, 12:59

Sabahın havası – Bakıda 33 dərəcə isti olacaq

Dövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlandı
21.06.2018, 12:56

Dövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlandı

İsmayıllının Qalacıq kəndində körpünü sel dağıtdı - FOTOLAR
21.06.2018, 12:53

İsmayıllının Qalacıq kəndində körpünü sel dağıtdı - FOTOLAR

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində
21.06.2018, 12:48

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində

Qida Agentliyi iyulun 1-dən bu məhsulların idxalına nəzarət edəcək
21.06.2018, 12:44

Qida Agentliyi iyulun 1-dən bu məhsulların idxalına nəzarət edəcək

Türkiyədə ilk olaraq prezident seçkilərini bülletenlər sayılacaq
21.06.2018, 12:42

Türkiyədə ilk olaraq prezident seçkilərini bülletenlər sayılacaq

Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: “Bizim vaxtımızda belə hadisələr olmurdu”  
21.06.2018, 12:35

Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: “Bizim vaxtımızda belə hadisələr olmurdu”  

Yol polisi deputatların iddiaları ilə razılaşmadı
21.06.2018, 12:26

Yol polisi deputatların iddiaları ilə razılaşmadı

Nazirlər Kabinetində islahatlar davam etdirilir – RƏSMİ
21.06.2018, 12:09

Nazirlər Kabinetində islahatlar davam etdirilir – RƏSMİ

Baş nazir ana oldu
21.06.2018, 12:08

Baş nazir ana oldu

İşsizlərin NƏZƏRİNƏ – bu qanun layihəsinə dəyişiklik edilir
21.06.2018, 12:07

İşsizlərin NƏZƏRİNƏ – bu qanun layihəsinə dəyişiklik edilir

1.2 milyon insan sığorta ilə pensiya ala bilməyəcək – Komitə sədrindən AÇIQLAMA
21.06.2018, 12:01

1.2 milyon insan sığorta ilə pensiya ala bilməyəcək – Komitə sədrindən AÇIQLAMA

Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalıb
21.06.2018, 11:56

Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalıb

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018, 11:55

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı

DİN-dən sürücülərə XƏBƏRDARLIQ 
21.06.2018, 11:40

DİN-dən sürücülərə XƏBƏRDARLIQ 

Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanıldı
21.06.2018, 11:39

Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
21.06.2018, 11:38

Yevlaxda bir tona yaxın narkotik aşkarlandı

Məktəbliləri pambıq tarlalarında işlətmək doğrudur? – Zəhərlənməyə daha bir REAKSİYA
21.06.2018, 11:30

Məktəbliləri pambıq tarlalarında işlətmək doğrudur? – Zəhərlənməyə daha bir REAKSİYA

İnternatlardakı 12 uşaq doğma ailələrinə qayıdıb
21.06.2018, 11:18

İnternatlardakı 12 uşaq doğma ailələrinə qayıdıb

KXCP-də sədrliyə yeni namizəd qadın oldu
21.06.2018, 11:07

KXCP-də sədrliyə yeni namizəd qadın oldu

 “Seçimim BANM-ın “İnformasiya təhlükəsizliyi mühəndisliyi”  ixtisası oldu” – 700 bal toplayan Əsra ilə MÜSAHİBƏ
21.06.2018, 11:06

 “Seçimim BANM-ın “İnformasiya təhlükəsizliyi mühəndisliyi”  ixtisası oldu” – 700 bal toplayan Əsra ilə MÜSAHİBƏ

“Mavi balina” oyununu daha bir qurucusu saxlanıldı
21.06.2018, 10:57

“Mavi balina” oyununu daha bir qurucusu saxlanıldı

Azərbaycanda 147 süni göl ləğv edildi
21.06.2018, 10:50

Azərbaycanda 147 süni göl ləğv edildi

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(14.4%)
Braziliya(22.7%)
Almaniya(11.7%)
İngiltərə(3.44%)
Portuqaliya(13.1%)
İspaniya(4.82%)
Fransa(5.51%)
Belçika(1.37%)
Seneqal(2.75%)
Rusiya(20%)