Modern.az

Əhalinin banklarda bu qədər əmanəti var

Əhalinin banklarda bu qədər əmanəti var

4 Avqust 2017, 10:17

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2,714 milyon manatdır.

Əhalinin əmanətləri 6,880.7 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,501-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir