Modern.az

Deputat: “Desəm ki, hədiyyə almağı sevmirəm, yalan olar” - AD GÜNÜ  

Deputat: “Desəm ki, hədiyyə almağı sevmirəm, yalan olar” - AD GÜNÜ   

Parlament

4 Avqust 2017, 12:26

Bu gün Milli Məclisin 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Sona Əliyevanın doğum günüdür. Xanım deputat doğum günü təəssüratlarını Modern.az saytı ilə bölüşüb.

“Əslində dəbdəbəli doğum günləri keçirməyi sevmirəm. Bəlkə də bu, bütün qadınlar kimi qocalmaq qorxusundan irəli gəlir”.

Sona Əliyeva doğum günündə hədiyyə almq məsələsinə də toxunub.

“Desəm ki, hədiyyə almağı sevmirəm, yalan olar. Əlbəttə mən də sevirəm. Çiçəkləri, ürək sözləri yazılmış açıqcaları və ətiri sevirəm. Amma ən çox sevdiyim hədiyyə övladlarımın hazırladığı hədiyyələrdir. Onların hazırladıqları hədiyyə özünəməxsus olur. Övladlarımın mənə hədiyyə etdiyi açıqcalar və rəsmlər əl işlərindən ibarətdir. Amma bütün hədiyyələrdən öndə dayanan səmimi təbrik və xoş sözlərdir. Bunları da heç nə əvəz edə bilməz”.

Qeyd edək ki, deputat Sona Əliyeva 1980-ci ildə Şəmkirdə doğulub. Milli Məclisin İnsan Hüquqları və Elm və təhsil komitələrinin üzvüdür.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub