Modern.az

Cırtdan partiyaların liderləri: “Avqust çox istidir, tətilə çıxmışıq”

Cırtdan partiyaların liderləri: “Avqust çox istidir, tətilə çıxmışıq”

4 Avqust 2017, 16:25

Hazırda Azərbaycanda siyasi gündəm olduqca kasaddır, partiyaların fəaliyyəti demək olar ki, hiss olunmur. Bəzi siyasi qurumların varlığı yalnız sosial şəbəkələrdə hiss olunur, reallıqda isə yoxdur. Bunu həmçinin  siyasi fəallara da şamil etmək olar. 

Görəsən son zamanlar mətbuatda görünməyən, fəaliyyətini müşahidə edə bilmədiyimiz bu insanlar hazırda nə işlə məşğuldurlar?

 

Yurddaş Partiyasının sədri Mais Səfərli Modern.az-a açıqlamasında bildirib ki, hazırda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşmaqla məşğuldur:

 

“Partiya öz fəaliyyəti ilə məşğuldur. Bildiyiniz kimi qarşıdan prezident seçkiləri gəlir. Bununla əlaqədar bizim yerli strukturlarımızda müzakirələr aparır, ölkədəki ictimai-siyasi vəziyyət haqqında danışır, yeni təkliflər hazırlayırıq. Yəni partiya əsas bu işlərlə məşğuldur. Bizi digər partiyalardan fərqləndirən əsas ana xəttimiz var. Azərbaycandan kənarda yaşayan yurddaşlarımızın hüquqlarının qorunması, onlarla vətən arasında ünsiyyət körpüsünün yaradılması və möhkəmləndirilməsi, dilimizin, mədəniyyətimizin qorunması istiqamətində onlara əlimizdən gələn köməklik göstəririk. Bu cür fəaliyyətlərlə elə ardıcıl olaraq məşğuluq.

 

Ölkə daxilində də bu gün stabil siyasi vəziyyət var və normal inkişaf gedir. Azərbaycan prezidenti İlham Əliyevin başçılığı ilə dövlətimiz bütün sahələr üzrə müvəffəqiyyət əldə edir. Yəni əvvəlki onilliklərdə olduğu kimi partiyalarda ciddi təlatümlü siyasi fəaliyyətin olmamasının səbəbi prezidentimizin uğurlu siyasətidir. Əgər ölkədə müəyyən problemlər olarsa, o zaman siyasi fəaliyyət də güclənər.

 

Bu gün ən güclü siyasi fiqur prezident İlham Əliyevdir. Prezidentin fəaliyyəti cəmiyyəti o qədər qane edir ki, siyasi partiyaların yeni bir şey irəli sürməyinə ehtiyac yoxdur. Hazırda ölkənin siyasi durumu belədir. Amma partiya olaraq Azərbaycanda və ölkə kənarında baş verən siyasi hadisələri izləyir və müzakirə edirik.  Biz hər zaman prezidentimizi özfəaliyyətində də dəstəkləyirik”.

 

Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədri Məmməd Əlizadə yaradıcılıq işləri ilə məşğul olduğunu qeyd edib:

 

“Hazırda yaradıcılıq işləri ilə məşğulam. Bu dəqiqə mənim kitabım çapdadır.  Kitab Milli Azadlıq Hərəkatının tarixi ilə bağlıdır və  adı “Azadlıq Hərəkatı:Lal, Kar, Kor”-dur. “Fani və mənəvi dünya haqqında düşüncələr” adlı ikinci  kitabım Türkiyədə çapdan çıxdı. Digər kitabım isə Sibirdə sürgündə olmuş Həsən Əlizadənin  taleyi ilə bağlıdır. Yəni hazırda yaradıcılıq və elmi işlər davam edir”.

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə istirahətdə olduğunu bildirib:

 

“Hazırda istirahət edir və öz sadə işlərimi görürəm. Faktiki siyasi fəallıq aşağı düşdüyü üçün  partiyanın fəaliyyəti nəzərə çarpmır. Bu istilərlə əlaqəli bir şeydir. Bir ara  digər siyasi partiyalarla birlikdə toplantı keçirdik və qərara gəldik ki, avqust  istirahət ayı olduğu üçün  tətilə çıxaq. Ona görə siyasi durğunluqdur və şəxsi işlərimizlə məşğuluq”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir