Modern.az

İraqda kütləvi məzarlıq aşkarlanıb

İraqda kütləvi məzarlıq aşkarlanıb

Dünya

4 Avqust 2017, 20:45

İraqda daha bir kütləvi məzarlıq aşkarlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İraq hərbçiləri İŞİD terror qruplaşmasının yaraqlıları tərəfindən öldürülən 40 nəfərin qalıqları olan kütləvi məzarlıq aşkar edib.

Məzarlıq Ənbar vilayətindəki Ramadi şəhərinin cənubunda aparılan reyd zamanı aşkar edilib.

Meyitlərdə güllə izləri olub.

Qeyd edək ki, Ramadi 2015-ci ilin sonlarında İŞİD-dən azad edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır