Modern.az

DİN rəsmisi Bakıdakı “Gelandewagen” qəzasından danışdı

DİN rəsmisi Bakıdakı “Gelandewagen” qəzasından danışdı

4 Avqust 2017, 20:59

Ötən gün axşam Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı ciplə törədilən dəhşətli qəza ilə bağlı araşdırma davam etdirilir. Modern.az xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və  prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada  yaralanıb. Həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsusdur. Bu qəza geniş ictimai rezonansa səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, həqiqətən ötən gün Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, “Mercedes Gelandawagen” markalı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ markalı avtomobillə toqquşub: "Daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb. Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub. Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır".

Qəzaya düşən avtomobildə yüksək vəzifəli məmurlardan birinin qohumunun da həmin an avtomobildə olduğuna gəldikdə isə E.Zahidov bildirib ki, kimliyindən asılı olmayaraq bu hadisəni törədən, yəni qəza anında avtomobilin sükanı arxasında olan şəxs qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir