Modern.az

Somalidə terror: ölən və yaralananlar var

Somalidə terror: ölən və yaralananlar var

Dünya

4 Avqust 2017, 21:56

Somalidə terror aktı törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişoda baş verib.

Məlumata görə şəhərdə minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar