Modern.az

Türkiyədə son həftədə 46 terrorçu zərərsizləşdirilib

Türkiyədə son həftədə 46 terrorçu zərərsizləşdirilib

4 Avqust 2017, 22:24

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, son həftə ərzində 46 terrorçu zərərsizləşdirilib. Onlar arasında PKK qruplaşmasının iki rəhbər şəxsi də var.

Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, antiterror əməliyyatları iyulun 27-dən avqustun 3-dək Şırnak, Hakkari, Van, Bingöl və Muş vilayətlərində keçirilib. Antiterror əməliyyatları zamanı terrorçuların 41 sığınacağı məhv edilib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir