24 fevral 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər... - Gizli biznesin QARA OYUNLARI  
Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər... - Gizli biznesin QARA OYUNLARI  
05.08.2017, 12:12

İdmançıların, xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən mövzu olub.  Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ bilirik. Lakin Azərbaycanda vəziyyət belə deyil.  Hazırda ölkədə kifayət qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər hansı məlumat əldə edə bilmirik.

Bunun səbəbi nədir? Transfer qiymətləri niyə gizli saxlanılır?

“Klublar məmurların himayəsi altında olur”

İqtisadçı ekspert Natiq Cəfərli  Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda futbol klubları biznes təfəkküründən uzaqdır:

“Dünyada idman klublarının əksəriyyəti kommersiya qurumu kimi fəaliyyət göstərir. Çoxu səhmdar cəmiyyətdir və minlərlə, on minlərlə səhmləri var. Təbii ki, bunlar cəmiyyətə, bazara açıq şəkildə fəaliyyət göstərməyə borcludurlar.  Klublar səhmdar cəmiyyəti olduğu üçün transferlərlə bağlı hər hansı anlaşma olduğu halda bunu mətbuat vasitəsilə ictimaiyyətə açıqlayırlar.

Azərbaycan isə klublar çox təəssüf ki, normal biznes təfəkkürü ilə fəaliyyət göstərmir. Ən yaxşı halda hansısa bir  şirkətin sponsorluğu altında çalışır. Bəzən isə bizneslə birbaşa əlaqəsi olan şəxslərin, məmurların himayəsi altında olurlar. Bu səbəbdən də çox qapalı şəkildə fəaliyyət göstərirlər. Cəmiyyətə həm transferlərlə , həm də ümumiyyətlə gəlirlər və ya xərclərlə bağlı doğru-dürüst məlumatlar verilmir.

 Amma dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da azarkeşlər öz dəstəklədikləri klubun transfer bazarında necə fəaliyyət göstərdiyini, hansı oyunçularla danışıqlar apardığını, nə qədər qonorar aldıqlarını bilməlidirlər və bu onların haqqıdır”.

“Ölkəmizdə dünyada qəbul olunmuş oyun qaydaları formalaşmayıb”

Ekspertin fikrincə, yalnız Avrokuboklara düşən klubların gəliri haqqında az da olsa, məlumat əldə etmək mümkündür:

“Komandalar, furbol klubları biznes qurumu kimi fəaliyyət göstərmir. Avrokuboklara düşməyən klubların gəlirləri haqqında ümumiyyətlə məlumat yoxdur. Avrokuboklarda iştirak edən aparıcı klublarımızın oyunlarda qalib gəldikdə və ya tur atladıqda nə qədər vəsait əldə etdiyi haqqında məlumatı hansısa beynəlxalq futbol qurumları, Avropa Futbol Federasiyası vasitəsilə ala bilirik.

Amma klublar çox qapalı fəaliyyət göstərir. Bu da təəssüf doğuran haldır.  Çünki futbol artıq uzun müddətdir ki, böyük biznesə çevrilib, şirkətlər kimi idarə olunur və böyük gəlirlər gətirir. Dünyada elə futbol klubları var ki, onun dəyəri milyardlarla ölçülür. Bu da iqtisadi canlanma yaradan əsas faktorlardan biridir. Məsələn,  sırf “Barselona”nın oyununa baxmaq üçün  gələn turistlər il ərzində azı 2 milyard dollara yaxın vəsait xərcləyirlər. Yəni bu, böyük  biznesdir. Azərbaycanda isə kublar biznes təfəkküründən uzaq olduğu üçün bütün məlumatlar gizli saxlanılır. Bu da doğru yanaşma deyil”.

“Azərbaycanda heç kim bir transfer qiymətini  dəqiq deyə bilməz”

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli transfer məsələsinin hər zaman aktual olduğunu vurğulayıb:

“Əslində bu sahədə hər şey qaydasında olsaydı, məsələ belə aktual olmazdı. Azərbaycanda peşəkar futbol fəaliyyətinin bünövrəsi qoyulandan indiyə qədər belə hallar bizdə baş alıb gedir. Yəni şəffaflıq baxımından bizdə bu sahədə ciddi qüsurlar var. Hər kəsə gün kimi aydındır ki, şəffaflığın olmaması nəyə xidmət edir. Çünki burada söhbət vergi ödənişləri, maliyyə məsələlərindən gedir. Məsələn, son günlər Neymarın transfer məsələsi ilə bağlı kifayət qədər böyük məbləğdən söz açılır və bu sirr saxlanılmır. Amma Azərbaycanda heç kim bir transfer qiymətini belə, dəqiq deyə bilməz. Klublar adətən bunu maliyyə sirri ilə əlaqələndirirlər. Oyunçudan transferlə bağlı bir şey soruşduqda isə menecer və ya kluba yönləndirir. Burada məsələ tərəflərin ümumi razılığı ilə gizli saxlanılır”.

“Klubları kimlər idarə edir...”

R.Binnətli müvafiq  qurumların da hər hansı tədbir görmədiyini vurğulayıb:

“Bir yerdə ki, şəffaflıq qorunmur, bu, şübhələrə səbəb ola bilər. Əgər heç bir qanun pozuntusu və ya qara niyyət yoxdursa, o zaman nəyə görə bu məsələ gizli saxlanılmalıdır? Belə hallar varsa, deməli heç də xoşməramlı məqsədlər güdülmür. Əslində bunun bir ucu da inzibati, hüquqi məsələlərə dayanır. Görürsünüz, bəzən məşhur futbolçuların vergi ödənişində nə qədər pozuntular aşkarlanır və neçə ildən sonra üzə çıxır. Ancaq bizdə bu, qara xəttlə keçən məsələdir. Yenə də deyirəm, bu, tərəflərin razılığı ilə baş verir. Amma bizdən asılı olmayan səbəblər olduğu üçün hələ ki bu məsələnin həlli mümkün kimi görünmür.

Görünür, klublar  yuxarıdan idarə olunur. Vergi orqanları da çəkilib kənarda durmasa və bu işin monitorinqi aparılsa, transfer məbləğləri haqqında məlumatlar çox asan formada ortaya çıxar. Amma onlar da bunu etmir. Nəticə olaraq deyə bilərik ki, zəncirin əhatə dairəsi çox genişdir”.

“1 milyonu ötüb keçən transferlər....”

“Hazırda bizim yaxşı klublarımız mövcuddur və onların büdcəsi milyonlarla ölçülür, 1 milyonu ötüb keçən transferlər reallaşır. Amma bu ağızdan-ağıza gəzən təxmini rəqəmlərdir.  Kifayət qədər yaxşı oyunçuları transfer etmisiniz, çox gözəl. Amma transfer məbləğini kiçiltmək və ya bunu ictimaiyyətdən gizlətmək düzgün deyil. Necə ki, biz dünyanın bütün klub transferləri ilə bağlı xəbər tuta bilirik, bu, ölkəmizə də aid olmalıdır. Bir jurnalist kimi Azərbaycanda reallaşan transferlər haqqında dəqiq informasiya ala bilmirik. Birbaşa bu işə cavabdeh olan qurumlar da  məsələnin arxasınca düşmürlər. Transfer məbləğləri hələ də qaranlıq qalır”.

“İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir”

“Qol.az” saytının baş redaktoru Aydın Bağırov bildirib ki, transfer qiymətlərinin açıqlanmaması maliyyə şəffaflığına kölgə salan məsələdir:

“Bir çox ölkələrdə normal klublar transfer məbləğlərini açıqlayırlar. Amma bizdə təəssüf ki, belə bir prosedur olmayıb. Eyni zamanda ictimaiyyətə açıqlanan qiymətlərlə rəsmi qiymətlər arasında da hər zaman uçurum olub. Hər halda, məbləğlərin açıqlanması şəffaflıq göstəricisidir.  İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir. Görünür, müəyyən problemlər mövcuddur.

Azərbaycanda hər şey göstərildiyi kimi olmur, daha çox transfer qiymətləri  qarşılıqlı razılaşma ilə gizli saxlanılır. Ümumiyyətlə, bu, birbaşa maliyyə şəfaflığının olmadığına dəlalət edir”.

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”
24.02.2018, 16:05

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Rusiyanın kredit reytinqi artdı
24.02.2018, 15:54

Rusiyanın kredit reytinqi artdı

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı
24.02.2018, 15:43

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”
24.02.2018, 15:32

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24.02.2018, 15:21

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb

Özbəkistanın sabiq baş prokuroru həbs olundu
24.02.2018, 15:05

Özbəkistanın sabiq baş prokuroru həbs olundu

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24.02.2018, 14:47

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib

Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum olub
24.02.2018, 14:14

Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum olub

Nardaran sakini silahını təhvil verib
24.02.2018, 13:57

Nardaran sakini silahını təhvil verib

“Xocalısız 26 il” - FOTOLAR
24.02.2018, 13:46

“Xocalısız 26 il” - FOTOLAR

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb
24.02.2018, 13:42

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq
24.02.2018, 13:36

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
24.02.2018, 13:29

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək

Tacikistan prezidenti bu il Azərbaycana gələcək
24.02.2018, 13:22

Tacikistan prezidenti bu il Azərbaycana gələcək

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi
24.02.2018, 13:11

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi

Oğruluq etmək istədi, bacaya düşdü
24.02.2018, 13:00

Oğruluq etmək istədi, bacaya düşdü

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA
24.02.2018, 12:34

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI
24.02.2018, 12:31

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI

Ağ Evdə həyəcanlı anlar yaşandı
24.02.2018, 12:15

Ağ Evdə həyəcanlı anlar yaşandı

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq
24.02.2018, 12:11

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək
24.02.2018, 11:58

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək

Yaşıl təbiət –Sağlam cəmiyyət
24.02.2018, 11:53

Yaşıl təbiət –Sağlam cəmiyyət

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib
24.02.2018, 11:53

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib

Elmar Vəliyəv vətəndaşları qəbul edib
24.02.2018, 11:43

Elmar Vəliyəv vətəndaşları qəbul edib

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu
24.02.2018, 11:40

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi
24.02.2018, 11:35

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı
24.02.2018, 11:33

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır
24.02.2018, 11:22

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır

Dəb ədəbiyyatı: Dəbiyyat
24.02.2018, 11:13

Dəb ədəbiyyatı: Dəbiyyat

Ağsuda polislər yol qəzasına düşdü
24.02.2018, 11:09

Ağsuda polislər yol qəzasına düşdü

"Taliban" 25 hərbçini öldürdü
24.02.2018, 11:00

"Taliban" 25 hərbçini öldürdü

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU
24.02.2018, 10:46

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq
24.02.2018, 10:35

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq

Neft bahalaşdı
24.02.2018, 10:24

Neft bahalaşdı

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var
24.02.2018, 10:09

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(15%)
“Bazarstore”(10%)
“Neptun” marketləri(2.5%)
“Favorit” marketi(6.25%)
“Makromarket”(2.5%)
“Bizim market”(2.5%)
“Rahat market”(2.5%)
“Bravo” marketləri(13.7%)
“Oba market”(10%)
Heç biri - digər mağazalar(35%)