Modern.az

“Azerfon”un jurnalistlər üçün müsabiqəsi davam edir

“Azerfon”un jurnalistlər üçün müsabiqəsi davam edir

19 May 2011, 14:59

Mayın əvvəlində “Azerfon” MMC-nin təşəbbüsü və dəstəyi ilə jurnalist müsabiqəsi elan edilib. “Ölkənin inkişafında İKT və Mobil rabitənin rolu” mövzusunda élan edilən bu yarışmanın təşkilatçıları sırasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin “Yeni Nəsil” Jurnalistlər Birliyi daxildir.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Fərzəliyevin verdiyi məlumata görə, elə müsabiqənin təqdimatı məraismində verilən suallardan bəlli olub ki, KİV nümayəndələri  bu təşbbüsü maraqla qarşılayır:
“Artıq təşkilat komitəsinə maraqlı qəzet və internet materialları təqdim olunub. İnformasiya kommunikasiya tenologiyaları, xüsusilə mobil rabitə sferası dinamik inkişaf edən sahə olduğundan, düşünürük ki, jurnalist həmkarlarımız bizə maraqlı təklif və təhlillər təqdim edəcəklər. Ümid edirəm ki, jurnalistlərin müsabiqə üçün hazırladığı yazılar həm abonentlərimizin, həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həm də medianın özünün marağında olacaq”.

Xatırladaq ki, “Azerfon”un keçirdiyi yazə müsabiqəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunub. Burada istənilən növ KIV qurumları – çap, electron və İnternet media nümayəndələri iştirak edə bilər. Materialların təqdim olunması üçün son tarix 5 iyundur. Jurnalistlərə aşağıdakı mövzularda material hazırlamaq təklif olunur:

1.     Mobil rabitə sahəsində yeni imkanlar;

2.     Mobil rabitə xərclərinə necə qənaət etməli;

3.     Mobil rabitədə şəffaflıq;

4.     Nömrə daşınması layihəsi –müştərilər üçün üstünlükləri;

5.     Medianın inkişafında mobil rabitədən istifadə;

6.     İnternetə çıxışın genişlənməsində mobil rabitənin rolu;

7.     Sosial inkişaf üçün mobil rabitədən istifadə;

8.     Azərbaycanın İKT sahəsinin inkişafında mobil rabitənin rolu;

9.     Rominq mobil rabitənin əsas xidmətlərindən biri kimi.

Müsabiqənin qalibləri “Azerfon”, RİTN, “Yeni Nəsil” və Azərbaycan Jurnalistlər birlikləri nümayəndələrindən ibarət ekspertlər komissiyası tərəfindən müəyyən olunacaq. 1-ci yeri tutan  500 AZN, 2-ci yer sahibləri – 300 AZN (2 yer), 3-cü yer tutanlar – 200 AZN (2 yer) qazanacaq, 5 xüsusi mükafatın məbləği 100 AZN olacaq. 

Materiallar (məqalələr, müsahibələr, TV/radio materiallar, fotoreportajlar və s.) [email protected][email protected] email ünvanlarına, həmçinin Bakı şəh, Neftçilər prospekti 145/5 ünvanında yerləşən Yeni Nəsil Jurnalistlər Birliyinə təqdim edilə bilər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?