11 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - - Azərbaycanın bioloq alimi vəfat edib - NEKROLOQ
Azərbaycanın bioloq alimi vəfat edib - NEKROLOQ
05.08.2017, 15:59

Bioloq alim Siddiqə Rza qızı Məmmədovanın vəfatı ilə əlaqədar nekroloq imzalanıb.

Modern.az-ın məlumatına görə, nekroloqda qeyd olunur:

"Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli bioloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1940–1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1943–1947-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil almışdır. Siddiqə Məmmədova 1948–1951-ci illərdə həmin institutun aspirantı olmuşdur.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlayan Siddiqə Məmmədova 1963-cü ilədək burada assistent və dosent vəzifələrini tutmuşdur. O, 1963-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilmiş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.

Siddiqə Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcələrini almışdır. O, entomologiya ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınmış və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Siddiqə xanım əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlamışdır. Alimin aktual mövzulara həsr olunmuş araşdırmaları respublikada aqrar elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək göstərmişdir.

Siddiqə Məmmədova zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirmişdir. O, uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktorları yetişdirilmişdir.

Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı çoxillik araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3 monoqrafiya və 5 tədris vəsaitində əksini tapmışdır. Müxtəlif ixtiralara görə aldığı 10-dan artıq patent alimin gərgin əməyinin bəhrəsidir. Siddiqə Məmmədova iştirakçısı olduğu mötəbər elmi konfrans və simpoziumlardakı əhatəli çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Siddiqə Məmmədovanın ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur. O, sakini olduğu Gəncə şəhərinin sosial həyatında həmişə yaxından iştirak edərək, öz prinsipiallığı və obyektivliyi ilə nüfuz qazanmışdır. Siddiqə xanım bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Siddiqə Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. Alim bir sıra orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Görkəmli alim və tanınmış pedaqoq, səmimi insan Siddiqə Rza qızı Məmmədovanın əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Akif Əlizadə, Heydər Əsədov, Mikayıl Cabbarov, Dilqəm Tağıyev, Əhliman Əmiraslanov, Məmməd Salmanov, Məhərrəm Babayev, Qərib Məmmədov, Urxan Ələkbərov, İbrahim Cəfərov, Elmar Vəliyev imzalayıblar.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mingəçevirdə yaşayış binası yandı
11.12.2017, 01:19

Mingəçevirdə yaşayış binası yandı

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR
11.12.2017, 00:43

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması
11.12.2017, 00:17

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib
11.12.2017, 00:00

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib

Şimali Koreyaya qarşı yeni sanksiyalar
10.12.2017, 23:43

Şimali Koreyaya qarşı yeni sanksiyalar

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı   
10.12.2017, 23:26

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı  

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı
10.12.2017, 22:51

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək
10.12.2017, 22:34

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi
10.12.2017, 22:14

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı
10.12.2017, 22:00

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı

Gənc oğlan liftin təmiri zamanı öldü
10.12.2017, 21:46

Gənc oğlan liftin təmiri zamanı öldü

Azərbaycanın fındıq bağları təhlükədə
10.12.2017, 21:29

Azərbaycanın fındıq bağları təhlükədə

Salyanda “Mercedes” yük maşınına çırpıldı
10.12.2017, 21:04

Salyanda “Mercedes” yük maşınına çırpıldı

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan
10.12.2017, 20:44

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI
10.12.2017, 20:29

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi
10.12.2017, 20:17

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək
10.12.2017, 20:03

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək

Qadın mənzilində ölü tapıldı
10.12.2017, 19:51

Qadın mənzilində ölü tapıldı

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”
10.12.2017, 18:29

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI
10.12.2017, 17:57

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA
10.12.2017, 17:21

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA

Deputatların bazar GÜNÜ
10.12.2017, 17:13

Deputatların bazar GÜNÜ

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017, 17:02

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib
10.12.2017, 16:44

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ
10.12.2017, 16:01

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU   
10.12.2017, 15:34

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU  

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir
10.12.2017, 15:02

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"   
10.12.2017, 14:58

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"  

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir
10.12.2017, 14:51

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?
10.12.2017, 14:45

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”
10.12.2017, 14:18

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”

İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ
10.12.2017, 14:00

İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ

Banişevskisiz 20 il…
10.12.2017, 13:28

Banişevskisiz 20 il…

Astanada Heydər Əliyev Muzeyi açılıb   
10.12.2017, 13:25

Astanada Heydər Əliyev Muzeyi açılıb  

Gəncənin deputatları  Moskvaya getdi
10.12.2017, 13:21

Gəncənin deputatları  Moskvaya getdi

ARXİV