Modern.az

Rusiyada 8 mədənçi hələ də itkindir

Rusiyada 8 mədənçi hələ də itkindir

Aktual

5 Avqust 2017, 16:15

Rusiyanın ən böyük almaz mədənində meydana gələn su basmasından sonra səkkiz mədənçinin itkin olduğu bildirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mədənin məxsus olduğu “Alros” şirkəti indiyə qədər 142 adamın etibarlı şəkildə çıxarıldığını bəyan edib.

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov digər işçiləri tapmaq üçün hər cür səy göstərildiyini deyib.

Qeyd edək ki,  Rusiyanın “Mir” mədən quyusunu su basıb. Mirnıy şəhərindəki mədəndə bu səbəbdən 150-yə yaxın adam təhlükədə qalıb. 1955-ci ildə kəşf edilən bu almaz yatağı Yakut Saxa Respublikasının ərazisində yerləşir.  Hadisə ilə əlaqədar Mirnıy şəhərində fövqəladə vəziyyət elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır